N.Vallelonqa və N.Keyc, “10 Double Zero” Üçün Bir Araya Gəlir!

21 May, 2019

“Yaşıl Kitab” (Green Book) ilə "Ən yaxşı orijinal ssenari"yə görə “Oskar”ı qazanan Nik Vallelonqanın (Nick Vallelonga) ssenarisini qələmə aldığı "10 Double Zero"nun baş rolunu Nikolas Keyc (Nicolas Cage) üstlənəcək.

Bu il "Ən yaxşı film" nominasiyasında “Oskarı”nı qazanan “Yaşıl Kitab”ın (Green Book) ssenaristləri arasında yer alan Nik Vallelonqa (Nick Vallelonga), yeni bir proyektlə böyük ekrana geri qayıtmağa hazırlaşır. Amerikada yaşayan müsəlmanları hədəf alan açıqlamalarına görə, mükafat sezonunda onu tənqid edənlərin hədəfində olmasına rəğmən "Ən yaxşı orijinal ssenari" nominasiyasında “Oskarı”nı qazanan Vallenqonun ssenarisini Paul SloanKristian Sesma (Christian Sesma) ilə birlikdə qələmə aldığı "10 Double Zero" üçün hazırlıqlara başlanıldı.


Картинки по запросу Nick Vallelonga

Kristian Sesmanın (Christian Sesma) eyni zamanda rejissor kürsüsündə də oturacağı filmin baş rolunu son olaraq Between Worlds’te filmsevərlərin qarşısına çıxan Nikolas Keyc (Nicolas Cage) oynayacaq. Wonderfilm Media’nın prodüserliyini üstləndiyi filmin çəkilişlərinə iyul ayında başlanması planlaşdırılır.

Kəskin və qorxu janrlarını bir araya gətirən film, Luiziananın bezdirici istisi altında polis qətllərinin dalınca düşən iki polisin hekayəsini danışır. Qisas arayışında olan bu detektivlərin araşdırması polis təşkilatı içindəki korlanmayı üzə çıxararkən, ikiliyi də ölümcül bir sui-qəsdin içinə çəkir.



"10 Double Zero" Vallelonqanın “Oskar” qazandıqdan sonrakı ilk proyekti olsa da, proyektdə onunla yanaşı adlara baxınca, bu film üçün həyəcanlandığımızı söyləmək çox da mümkün deyil. Filmin rejissor kürsüsündə oturan Kristian Sesmanın (Christian Sesma) filmoqrafiyasında Shoot the Hero, Lost Time, "Özbaşına 72" (AWOL-72) və The Night Crew kimi bir-birindən pis kəskin filmləri yer alır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər