Kristen Stüart “Uilyam Berrouz” Dramında Rol Alacaq!

20 May, 2019

Son olaraq Leave No Trace filmində rol alan Ben Foster, ilk uzunmetrajlı filmini çəkməyə hazırlaşır. Ben Foster’in, Bit (Beat) cərəyanın ən önəmli yazıçılarından Uilyam Berrouzu (William Burroughs) canlandıracağı filmin aktyor heyətində Kristen Stüart (Kristen Stewart) və Tom Qlinn-Karni (Tom Glynn-Carney) yer alacaq.

Bredli Kuper (Bradley Cooper), Pol Dano (Paul Dano), Cona Hill (Jonah Hill), Ancelina Coli (Angelina Jolie), Qreta Gerviq (Greta Gerwig), Viqqo Mortensen (Viggo Mortensen), Holli Berri (Halle Berry) və daha neçəsi… Aktyor kimliyi ilə tanıdığımız bu adların ortaq nöqtəsi, son vaxtlarda rejissorluq sahəsində işlərə imza atmış olmalarıdır. Rejissorluqda şansını sınayan aktyorlar karvanına yeni bir ad daha qatılır.

Картинки по запросу Kristen Stewart, Ben Foster & Tom Glynn-Carney Lead Cast In William Burroughs Movie

Deadline’ın xəbərinə görə bir çox məsləkdaşlarının izindən getməyə qərar verən, son olaraq Leave No Trace filmində filmsevərlərin qarşısına çıxan Ben Foster, baş rolunda yer alacağı, hələ adı məlum olmayan ilk uzunmetrajlı filmi ilə rejissorluğa addım atır. Foster eyni zamanda Rampart, The Messenger, Love & Mercy, Time Out of Mind filmlerinin ssenaristi Oren Moverman ilə bəraber filmin ssenarisini də qələmə alır.

Filmdə Ben Foster; JunkieNaked Lunch kimi əsərləri ilə tanınan, Bit (Beat) cərəyanın ən önəmli yazıçılarından Uilyam Berrouzu (William Burroughs) canlandıracq. Film Uilyam Berrouzun (William Burroughs), keçmiş həyat yoldaşı Joan Vollmer ilə münasibətinə hədəflənəcək və cütlüyün Allerton adındakı bir gənclə aralarında olan məhəbbət üçbucağını əsas götürəcək. Bu məhəbbət üçbucağında yer alan Joan Vollmer’ı, son illərdə keyfiyyətli proyektlərdə rol alan Kristen Stüart (Kristen Stewart) canlandıracaq. Dunkirk filmi ilə tanınan Tom Qlinn-Karni (Tom Glynn-Carney), gənc və tutucu bir xarakter olaraq tanıdılan Allerton’a həyat verəcək.


Картинки по запросу tom glynn-carney

Filmin Bit (Beat) dövrünün fəallarına işıq tutmasını gözləyirik. Daha əvvəl Kill Your Darlings’də de Berrouza həyat verən Ben Foster isə bu dövrə daha fərqli bir tərəfdən yaxınlaşmağı hədəflədiyini bu sözlərlə ifadə edir: “Bizim filmimiz bir növ Anti-Beat filmidir. Nyu-Yorkdakı şanssız aşiqlərimizlə tanış oluruq, Texas sərhədinə gedirik, Mexico City’nin ucqar nöqtələrində və Amazon meşələrində yolumuzu nöqtələyirik. Bu film qaranlıq və bəzən də gülməli bir qarışıqlıqla eşq, seks və özünü kəşf etməklə bağlıdır.”

Bu açıqlamasıyla Ben Foster, məhəbbət uçbucağını mövzu götürən adi bir film izləməyəcəyimizi qeyd edir. Aktyorun filmin hər prosesində aktiv olaraq yer alacaq olması da müsbət cəhətdir. Premyera tarixi hələ məlum olmayan filmin tanıtımı, 72-ci Kann Film Festivalında ediləcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər