Robert Pattinson "Betmən" Filmində Rol Ala Bilər!

18 May, 2019


Mett Rivzin (Matt Reeves) rejissor kürsüsündə oturacağı "Betmən" (The Batman) filminin baş rolu mövzusunda uzun müzakirələr nəticəsində, Betmən xarakterini kimin canlandıracağına dair daha dəqiq bir açıqlama gəldi. Bu adlar arasında Robert Pattinson    Nikolas Holt (Nicholas Hoult) oldu. Pattinson, Betmən heyranlarının xüsusilə namizəd olaraq göstərdiyi adlar arasında yer alırdı.

Ben Afflekin (Ben Affleck) üzərində çalışdığı ssenarini inkişaf etdirərək noir bir film yaratmağı planlayan Mett Rivzin (Matt Reeves) Betmən seçimi Robert Pattinson ya da Nikolas Holt (Nicholas Hoult) olacaq kimi görünür. Pattinsonu Alatoranlıq seriyası, Remember Me, Little Ashes, Water For Elephants, Maps to the Stars, SoyğunHigh Life kimi proyektlərin getdikcə ulduzu parlayan aktyoru olaraq baxma şansı yaxalamışdıq.


Похожее изображение

Bundan əlavə Pattinson, Kristofer Nolanın (Christopher Nolan) maraq oyandıran yeni filmində də rol alacaq. Düşünülən ikinci sıradakı ad isə Tolkien və X-Men filmlərinin ulduz aktyoru Nikolas Holt (Nicholas Hoult) oldu. Siyahının sonrakı hissəsində Armi Hammer (Armie Hammer), Aaron Taylor Johnson kimi adlar yer alır. Bilindiyimiz kimi iki aktyor ilə də Warner Bros tam olaraq hələ sözləşmə imzalamadı. Ancaq rolu ikisindən birinin oynaması dəqiqdir. Əgər aktyorlardan biri ilə razılaşma əldə edilərsə, Warner Bros və DC'nin qərarı ilə filmin prodakşnına bu yay aylarında başlanacaq. Çəkilişlərə isə 2019-cu ilin son aylarında, ya da 2020-ci ilin ilk aylarında başlanacaq.


Картинки по запросу Robert Pattinson to Play ‘The Batman’ for Matt Reeves and Warner Bros.

Bildiyimiz kimi Betmən heyranlarının Mett Rivzə (Matt Reeves) göstərdiyi adlar arasında Robert Pattinsonla yanaşı, Deniel Kaluya (Daniel Kaluuya), Steven Yeun, Oskar Ayzek (Oscar Isaac), Adam Drayver (Adam Driver) kimi. Adlar yer alırdı. "Rogue's Nation" filmi kimi oxşr atmosfer yaratmaq istəyən Rivz, hisslərin ön planda olduğu bir qorxu filmi olacağını qeyd etmişdi. Ben Afflekin (Ben Affleck) Betmən rolunu tamamilə buraxmasının ardından, yeni Betmənin daha gənc, qaradərili ya da asiyalı bir aktyor tərəfindən canlandıra biləcəyi açıqlanmışdı.
Betmən xarakteri kifayət qədər çox sayda böyük ekrana adaptasiya olunmuşdu.  Corc Kluni (George Clooney), Maykl Kiton (Michael Keaton), Kristian Beyl (Christian Bale), Adam West, Vel Kilmer (Val Kilmer) kimi adlar Betmən'ə həyat verən aktyorlar olmuşdu. Ancaq ən çox bəyənilən Betmen, Kristian Beylin iştirakı ilə (Christian Bale) Kristofer Nolanın (Christopher Nolan) filmlərində yer alırdı. Əgər hər şey qaydasında gedərsə DC komiksinin adaptasiyası "Betmən" (The Batman) filminin 25 iyun 2021-ci il tarixində filmsevərlərin ixtiyarına verilməsi planlaşdırılır.


Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər