Son olaraq “Şüşə” (Glass) ilə filmsevərlərin qarşısına çıxan M. Nayt Şyamalan (M. Night Shyamalan), yeni bir elmi-fantastik filmi üçün hazırlıqlara başladığını açıqladı.
Karyerasının ilk illərində "Altıncı hiss" (The Sixth Sense), Unbreakable və "İşarələr" (Signs) kimi unudulmaz filmlərə imza ataraq film dünyasına təsirli bir giriş edən M. Nayt Şyamalan (M. Night Shyamalan), sonrakı filmlərində eyni səviyyəyə qalxa bilməmişdi, Lady in the Water və The Happening kimi filmləri çox bəyənilməmişdi. The Last Airbender ilə karyerasında uğursuzluq yaşayan Şyamalan, son illərdə çəkdiyi The Visit və Split kimi filmlərlə yenidən adından tərif dolu sözlərlə danışdırmağı bacardı. Split’in əldə etdiyi uğurun ardından, illər öncə Unbreakable ilə başlatdığı seriyayı tamamlama şansı əldə edən rejissor, bu il, Unbreakable ilə başlayıb Split ilə davam edən üçləmənin son halqası olan “Şüşə” (Glass) ilə filmsevərlərin qarşısına çıxdı. “Şüşə”dən (Glass) gözləntilər olduqca yüksək olsa da, ortaya çıxan nəticə bunun çox altında qaldı.
Enişli-çıxışlı karyerasını yoluna qoymuş kimi görünərkən, bir dəfə daha büdrəyən Şyamalan, xəyal qırıqlığı yaradan “Şüşə” (Glass) filmini geridə qoymağa hazır görünür. Şyamalan, sosial medya paylaşımı ilə, yeni filmi üzərində işləməyə başladığını açıqladı. Yeni bir hekayəyə başladığı üçün çox xoşbəxt olduğunu vurğulayan rejissor, yeni proyektinin əyləncəli bir elmi-fantastik film olduğunu da qeyd etdi.
Elmi-fantastik Şyamalan’ın yad olduğu bir janr deyil. Elmi-fantastik janrdan bəzi detalları özündə əks etdirən Signs ilə bu janrda ilk işinə imza atan rejissor, tam mənada elmi-fantastika olan ilk işinə, 2013-cü ildə After Earth ilə başlamışdı.