Bredd Pittin Yeni Filmi “Ad Astra”nın Premyera Tarixi Dəyişdirildi!

06 May, 2019


Ceyms Qreyin (James Gray) 24 mayda premyerası olması planlaşdırılan Bred Pittin (Brad Pitt) oynadığı elmi-fantastik filmi “Ad Astra”nın premyera tarixi yenidən dəyişdirildi.
Two Lovers, The Immigrant, The Lost City of Z filmləri ilə tanınan Ceyms Qrey, bu aralar elmi-fantastik janrdakı yeni filmi “Ad Astra”nın hazırlıqları ilə məşğul olur. Ən son War Machine’də izlədiyimiz Bred Pittin (Brad Pitt) baş rolunda yer aldığı filmdə, illər əvvəl itmiş atasının başına nə gəldiyini öyrənmək və planetimizin yaşamını təhlükə altına atan bir sirri aydınlaşdırmaq üçün Günəş sisteminə gedən bir astronomun hekayəsindən bəhs edilir.

Картинки по запросу Brad Pitt Space Movie ‘Ad Astra’ Departs Memorial Day Slot; 20th Century Fox Pic Might Fly To Fall

Bred Pittlə yanaşı Tommi Li Cons (Tommy Lee Jones), Donald Sazerlend (Donald Sutherland) və Ruth Negga kimi simaların yer aldığı filmin ilk olaraq 11 yanvarda premyerasının olması planlaşdırılırdı. Ancaq daha sonra filmin premyera tarixi 24 maya keçirildi. Hətta filmin dünya premyerasının 14-25 may tarixləri arasında gerçəkləşəcək 72-ci Kann Film Festivalinda olub olmayacağı danışılırdı. Ancaq qısa müddət əvvəl aldığımız bir xəbər, bu vəziyyətin tam əksini isbatlayır. Çünki, “Ad Astra”nın premyera tarixi yenidən dəyişdirildi.

Картинки по запросу James Gray brad pitt

Maraqla gözlənilən filmin yeni premyera tarixi hələ tam olaraq məlum deyil. Bu ertələmədə Qay Riçi (Guy Ritchie) imzalı “Aladdin” filminin təsiri olduğunu söyləyə bilərik. 24 mayda premyerası olacaq “Aladdin” filminin premyera macərası, “Ad Astra”nın kassa uğuruna mənfi təsir göstərə bilərdi. Prodüserlər də bu riskə getməmək üçün, belə bir strategiya həyata keçirməyə qərar verdilər.
Filmin yaşadığı bu sıxıntılı istehsal müddətinin hansı vəziyyətə dəyişəcəyi böyük maraq doğurur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər