Entoni Hopkins və Oliviya Kolman “Ata” Filmində Rol Alacaqlar!

06 May, 2019

“Oskar”lı aktyorlar Entoni Hopkins (Anthony Hopkins) və Oliviya Kolman (Olivia Colman), "Ata" (The Father) filmində bir araya gələcək. Florian Zellerin mükafatlı teatr oyunundan adaptasiya olunacaq filmin ssenarisni də Zeller qələmə alır.
Peşəkar aktyor Entoni Hopkins (Anthony Hopkins) filmə də adı verilən ata xarakterində qarşımıza çıxacaq. Sərbəstliyə öyrəşmiş və biraz da ərköyün bir adam olan bu xarakter, yaşlanmağa başladığında qızı Anne’in (Olivia Colman) bütün dəstəyini rədd edir. Ancaq bu dəstək həyatına davam edə bilməsi üçün qaçınılmaz olunca, qızı və onun sevgilisi ilə Parisə köçməyi qəbul edir. Anne’in atası dəyişən şərtlərina uymağa, həyatına davam etməyə çalışarkən onu sevənlərdən, öz aglından, hətta öz gerçəkliyindən bilə şüphəyə düşməyə başlayır.


Картинки по запросу Anthony Hopkins & Olivia Colman

Fransız roman yazıçısı və tamaşı yazarı Florian Zeller filmi öz teatr tamaşasından adaptasiya edib, ona rejissorluq edəcək. “Ata” (The Father) 2012-ci ildə ilk olaraq Parisdə səhnəyə qoyulmuşdu və Ən Yaxşı Tamaşa namizədliyində Moliere mükafatı qazanmışdı. Daha sonra Broadway və İngiltərədə West End səhnələrində də göstərilən tamaşa bu ölkələrdə də Ən Yaxşı Kişi Aktyoru namizədliyində Tony Olivier mükafatlarına layiq görülmüşdü.

Картинки по запросу Anthony Hopkins & Olivia Colman

Zeller filmin ssenarisni Dangerous Liaisons adlı tamaşasını filmə adaptasiya edərək Ən Yaxşı Adaptasiya olunmuş Ssenari üzrə “Oskar” qazanan ingilis yazıçı Christopher Hampton’la birlikdə yazır. Filmin çəkilişlərinə bu ay içində İngiltərədə başlanması planlanır və beynəlxalq təqdim olunmağı əsnasında Kannda da yer alması gözlənilir.
Filmin prodüserləri arasında Shakespeare in Love’la tanınan David Parfitt, "Dodaqdan oxu"nun (Read My Lips) prodüseri Jean-Louis Livi, Fillip Karkasson (Philippe Carcassonne), Les Films du Cru şirkətindən Christophe Spadone və teatr tamaşasının prodüseri Simon Friend yer alır.

Картинки по запросу Anthony Hopkins

Filmin beynəlxalq satışlarından məsul olan Embankment firmasından Tim Haslam filmi “Ata” (The Father), tamaşaçıların öz həyatları və ailələrilə bağlantı qurabiləcəyi dünyəvi bir hekayə, Kolman Hopkinsə də möhtəşəm bir performans sərgiləmə imkanı yaradır. Florian isə tamaşaçılaır oturacaqlarında tikan üstündə tuta biləcək bir film potensialına sahib.”sözlərini söylədi.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər