Cim Kerrili “Sonic the Hedgehog” Filmindən İlk Treyler Yayımlandı!

02 May, 2019


Sevilən video oyunu seriyasından filmə adaptasiya olunan Sonic the Hedgehog filmindən ilk fragman yayımlandı. Cim Kerrinin (Jim Carrey) baş rolunu üstləndiyi filmin, 8 noyabrda premyerası gözlənilir.

Sega’nın eyniadlı video oyunu seriyasından filmə adaptasiya olunan Sonic the Hedgehog filmi bu il filmsevərlərin ixtiyarına veriləcək. Oyunun mərkəzində yer alan mavi kirpinin macəralarını live-action bir filmlə böyük ekrana gətirməyə hazırlanan Paramount Pictures, noyabr ayında premyerası olacaq filmdən ilk treyler yayımladı.

Картинки по запросу ‘Sonic The Hedgehog’ Trailer: First Look At Jim Carrey As Dr. Robotnik

1990-ci illərin ən çox sevilən video oyununa mövzu olan əfsanəvi qəhrəman Sonic'in bilindiyi kimi çizgi serialları da çəkilmişdi. Sonic The Hedgehog  filminin aktyor heyətində Bruce Almighty, Budala Dedektif, "Aydın Yaddaşın Əbədi İşıqlanması" (Eternal Sunshine of The Spotless Mind), Truman Show, Kidding, 23 kimi proyektlərdən tanıdığımız məşhur komediyaçı Cim Kerri ( Jim Carrey), X-Men filmlərinin Cyclops'u olan və Westworld serialının ulduzu Ceyms Marsden (James Marsden); First Avengers: Captain America, Suits, Legends of Tomorrow, Arrow kimi proyektlərdən tanıdığımız Neal McDonough kimi adlar yer alır. Ayrıca kirpi Sonic'in səsləndirməsini Ben Schwartz üstlənir. Filmin rejissor kürsüsünə qısa animasiya filmi Gopher Broke ilə “Oskar” nominatlığı alan Jeff Fowler keçərkən Sonic The Hedgehog'un prodüserliyini "Dedpul" (Deadpool) filmlərinin rejissor kürsüsündə olan Tim Miller üstlənir. Filmin ssenarisini isə Patrick Casey, Josh Miller, Oren Uziel kimi adlar qələmə aldı. Sonic the Hedgehog filminin, 8 noyabrda premyerası planlaşdırılır.




Filmin rejissor kürsüsündə daha əvvəl Spayk Cons (Spike Jonze) imzalı "Bədheybətlər Yaşayan Yerdə"nin (Where the Wild Things Are) vizual effekt departamentində yer alan Jeff Fowler oturur.
Ssenarisini Oren Uziel, Patrick CaseyJosh Miller‘in qələmə aldığı film, kiçik bir qəsəbədə vəzifə alan bir polisin, pis niyyətli mühafizə güclərindən qaçan Sonic’e kömək etməsindən bəhs edir. Film, dalınca düşən qüvvələrdən, şeytani həkimin əlindəki üzükləri geri almağa çalışan Sonic'in hekayəsini mövzu edir. Hökumət, insan cildində bir kirpi olan Sonic’i yaxalamaq üçün dalınca düşür. Dövlət qulluqçuları hər yerdə Sonic’i axtarmağa başlar. Sonic isə bu sırada şeytani Dr Eggman’in ələ keçirdiyi üzükləri geri almağa çalışmaqdadır. Kiçik bir qəsəbə olan Green Hills’in şerifi Tom Wachowski, Sonic’in dalınca düşən hökumət qulluqçularından qaçmağı bacarıb, həkimdən üzükləri geri ala bilməsi üçün kömək etməyə qərar verir. Ancaq bu təssəvvür etdiyimiz qədər asan olmayacaq.


Картинки по запросу ‘Sonic The Hedgehog’ Trailer: First Look At Jim Carrey As Dr. Robotnik

Həm bir video oyunundan adaptasiya olunması, həm də live-action bir filmin mərkəzinə bir animasiya xarakteri qoymasıyla Sonic the Hedgehog’un Pokémon Detective Pikachu ilə olduqca bənzər bir proyekt olduğunu demək mümkündür. Ancak Rayan Reynoldslu (Ryan Reynolds) Pokémon Detective Pikachu bu günə qədər yayımlanan treylerləri ilə biraz olsun maraq oyandırarkən, Sonic the Hedgehod’dan yayımlanan ilk treyler tam tərsi bir təsir yaradır. Sadəcə bu treyleri gözümüzün qarşısına gətirdiyimizdə, filmin ilin ən pisləri arasına girməyə namizəd olduğunu söyləyə bilərik.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər