“Qara Geyimli Adamlar 4” Filmindən Yeni Treyler Yayımlandı!

30 Aprel, 2019


Baş rollarını Kris Hemsvort (Chris Hemsworth) və Tessa Tompsonun (Tessa Thompson) oynadığı  “Qara Geyimli Adamlar 4” (Men in Black: International) filminin  yeni treyleri yayımlandı. F. Qeri Qreyin (F. Gary Gray) rejissorluğunu etdiyi filmin, 14 iyunda premyerası olacaq.

Yadplanetlilərlə insanların yan-yana yaşadığı bir dünyayı, kəskin janrı və komediyayı uğurlu şəkildə birləşdirib tamaşaçılara təqdim edən “Qara Geyimli Adamlar” (Men in Black) seriyası, yenilənmiş bir komanda və ABŞ hüdudlarından kənara çıxan bir hekayə ilə böyük ekrana geri qayıdır. Adından da məlum olduğu kimi dünya miqyasında baş verən bir hadisəni danışan “Qara Geyimli Adamlar 4” (Men in Black: International), bu il filmsevərlərin ixtiyarına veriləcək.




Stiven Spilberqin (Steven Spielberg) prodüserliyini üstləndiyi yeni “Qara Geyimli Adamlar” (Men in Black) filminin rejissorluğunu The Italian Job, Straight Outta ComptonThe Fate of the Furios kimi filmlərlə tanınan F. Qeri Qrey (F. Gary Gray) üstlənir. “Qara Geyimli Adamlar” (Men in Black)  seriyası ilə bütünləşən  Uill Smit (Will Smith) və Tommi Li Cons (Tommy Lee Jones), yeni filmdə yerlərini daha əvvəl  "Tor: Raqnarok"da (Thor: Ragnarok) da birlikdə işləyən Kris Hemsvort (Chris Hemsworth) və Tessa Tompsona (Tessa Thompson) təhvil verir.



Filmin aktyor heyətində Kris Hemsvort (Chris Hemsworth) və Tessa Tompsonla (Tessa Thompson) yanaşı, Liam Nison (Liam Neeson), Kumail Nanjiani, Rebekka Fergüson (Rebecca Ferguson) və Reyf Spoll (Rafe Spall) iştirak edir, Emma Tompson (Emma Thompson) da orijinal seriyadakı Agent O rolu ilə geri qayıdır.

Похожее изображение

“Dəmir Adam” (Iron Man) filminin ssenaristləri komandasında da yer almış olan Matt HollowayArt Marcum’un ssenarisni qələmə aldığı filmdə, Kris Hemsvort (Chris Hemsworth) və Tessa Tompson tərəfindən canlandırılan “Qara Geyimli Adamlar” (Men in Black) xəfiyyələrinin, dünyayı qurtarmaq üçün öz təşkilatları içindəki köstəbəyi çok gec olmadan tapmaqları lazımdır.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər