DiKaprio Gilyermo del Toronun “Kabuslar parkı”nda Oynaya Bilər!

25 Aprel, 2019


Leonardo DiKaprio (Leonardo DiCaprio), Gilyermo del Toronun (Guillermo del Toro) bir sonrakı filmi olacaq “Kabuslar parkı”nın (Nightmare Alley) baş rolunu üstlənmək üçün görüşlərə başlayıb. Filmin çəkilişlərinə bu ilin payızında başlanması planlanır.
2015-ci ildə premyerası olan "Sağ qalan"ın (The Revenant) ardından böyük ekrandan bir müddət uzaq qalan Leonardo DiKaprio, bu il Kventin Tarantino (Quentin Tarantino) imzalı "Bir dəfə Hollivudda" (Once Upon a Time in Hollywood) ilə filmsevərlərin qarşısına çıxacaq. 23 avqustda premyerası olacaq filmin baş rollarını Bred Pitt (Brad Pitt) ilə paylaşan Leonardo DiKaprio, vaxt itirmədən bir sonrakı proyektinə keçməyə hazırlanır. Variety’nin xəbərinə görə “Oskar” mükafatlı aktyor, Gilyermo del Toronun yeni filmi “Kabuslar parkı”nın (Nightmare Alley) baş rolunu üstlənməyi planlaşdırır.



Son olaraq “Ən yaxşı rejissor” nominasiyasında “Oskar” mükafatını qazandıran "Suyun şəkli"nə (The Shape of Water) imza atan Gilyermo del Toronun bir sonrakı proyekti olacağı deyilən “Kabuslar parkı” (Nightmare Alley), 1947-ci il istehsalı ilə eyniadlı filmin yeni versiyası olacaq. Film noir növündəki “Kabuslar parkı” (Nightmare Alley), insanları aldatmaq üçün bir qadın psixiatrist ilə birlikdə işləyən bir fırıldaqçının hekayəsini danışır. Del Toro filmin ssenarisini Kim Morqan (Kim Morgan) ilə birlikdə qələmə alır.

Картинки по запросу Leonardo DiCaprio in Talks to Lead Guillermo del Toro’s ‘Nightmare Alley’

Razılaşma əldə olunduğu halda DiKaprionun filmin mərkəzindəki fırıldaqçını canlandırması gözlənilir. "Bir dəfə Hollivudda"nın (Once Upon a Time in Hollywood) ardından hansı filmdə yer alacağı maraq oyandıran DiKaprioya Paul Tomas Anderson  (Paul Thomas Anderson) və Alexandro Qonsales İnyarritunun (Alejandro González Iñárritu) yeni proyektləri üçün də təklif irəli sürüldüyü, ancaq istedadlı aktyorun son olaraq seçimini del Toronun yeni filmindən yana etdiyi deyilir.

Картинки по запросу Leonardo DiCaprio in Talks to Lead Guillermo del Toro’s ‘Nightmare Alley’

1947-ci il istehsalı filmdən çox, o filmin adaptasiya olunduğu William Lindsay Gresham romanını qaynaq olaraq istifadə olunacağı söylənilən “Kabuslar parkı”nın (Nightmare Alley) çəkilişlərinə bu il başlanması planlaşdırılır. Baş rolunu Leonardo DiKaprionun üstlənəcək olmasıyla daha da həyacanverici bir vəziyyətə gələn filmin, aktyor heyətinin qısa müddət ərzində formalaşması gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər