"Forsaj: Hobbs və Şou" Filmindən Yeni Treyler Yayımlandı!

20 Aprel, 2019

Forsaj seriyasının spin-off‘u olan "Forsaj: Hobbs və Şou"dan (Fast & Furious Presents: Hobbs & Shaw) yeni treyleri yayımlandı. Dueyn Conson (Dwayne Johnson) və Ceyson Steytemin (Jason Statham) baş rollarını üstləndiyi filmin, 2 avqustda premyerası olacaq.

2017-ci ildə premyerası olan The Fate of the Furious ilə səkkiz davam filmi olan Forsaj seriyası böyük ekrandakı yoluna ara vermədən davam edir. Seriyanın 9-cu filminin 2020-ci ildə premyerası olacaq olsa da, Forsaj seriyasının bu ili də boş keçməyəcək. Forsaj spin-off‘u olan "Forsaj: Hobbs və Şou"dan (Fast & Furious Presents: Hobbs & Shaw) bu il filmsevərlərin ixtiyarına veriləcək.

Картинки по запросу New ‘Hobbs & Shaw’ Trailer Promises ‘Fast & Furious’ Levels of Insanity

Əsas seriyanın davamı olan ilk spin-off filmi "Forsaj: Hobbs və Şou" (Fast & Furious Presents: Hobbs & Shaw), Dueyn Conson (Dwayne Johnson) və Ceyson Steytemin (Jason Statham) xarakterlərini hədəf nöqtəsi kimi götürür. Seriyaya sonradan daxil olan Dueyn Conson (Dwayne Johnson) və Ceyson Steytemin (Jason Statham) tamaşaçıların rəğbətini qazanmış və xüsusilə Forsaj seriyasındakı oynadıqları rolları ilə Universal’a, film seriyalarının öhdəsindən gələ biləcəklərini göstərmişdilər.

Похожее изображение

Ssenarisini Kris Morqanın (Chris Morgan) qələmə aldığı film, Dueyn Conson (Dwayne Johnson) tərəfindən canlandırılan Luke Hobbs və Ceyson Steytem (Jason Statham) tərəfindən canlandırılan Deckard Shaw’un könülsüz də olsa ortaq bir düşmana qarşı güclərini birləşdirmələrindən bəhs edir.
Filmin rejissorluğunu "Con Uik" (John Wick), "Sarışın Bomba" (Atomic Blonde) "Dedpul 2" (Deadpool 2)  kimi filmlərlə adını eşitdirən Devid Litç (David Leitch) üstlənir. Xüsusilə "Con Uik" (John Wick) və "Sarışın Bomba"da (Atomic Blonde) kəskin janra xas səhnələri uğurla böyük ekranda əks etdirməyi bacaran Devid Litçin bu mövzudakı peşəkarlığı ilə seriyaya necə yenilik gətirəcəyi maraq oyandırır.

Похожее изображение

Baş rollarında Dueyn Conson (Dwayne Johnson) və Ceyson Steytemə (Jason Statham) İdris Elba (Idris Elba) ilə yanaşı, Vanessa Kirby, Eiza GonzálezEddi Marsanın (Eddie Marsan) iştirak etdiyi filmin, 2 avqust 2019-cu ildə premyerası olacaq.

Dueyn Consonun (Dwayne Johnson) Twitter profilindən paylaşdığı yeni treyleri burada izləyə bilərsiniz.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər