Cennifer Lourens "A24’"ün Yeni Filmində Rol Alacaq!

19 Aprel, 2019

"Mənim oğlanım dəlidir" (Silver Linings Playbook) filmindəki performansıyla “Oskar” mükafatı qazanan Cennifer Lourens (Jennifer Lawrence), son illərdə Moonlight, Miras (Hereditary), "Xoş vaxt" (Good Time) kimi proyektlərlə diqqət çəkən özəl film şirkəti “A24”ün hələ adı məlum olmayan yeni filminin baş rolunda yer alacaq.

Rol aldığı filmlərlə böyük ekranın yüksələn ulduzu halına gələn Cennifer Lourens (Jennifer Lawrence), aktyorluq karyerası boyunca fərqli rollarda tamaşaçı qarşısına çıxıb. Oynadığı xarakterin hissiyatına rahatlıqla girə bilən peşəkar aktrisa, bugünə qədər elmi-fantastik, dram və qorxu janrlı fərqli növlərdə aktyorluğunu formalaşdırıb. Cennifer Lourens (Jennifer Lawrence) canlandırdığı xarakterlərlə geniş bir yelpazəyə sahib filmoqrafiya əldə etdi və əldə etməyə də davam edir.

Похожее изображение

Son olaraq keçən il mənfi rəylərdən nəsibini alan "Qırmızı sərçə" (Red Sparrow) filmində izlədiyimiz Cennifer Lourens, uzun bir aradan sonra çəkiliş meydanına geri qayıdır. Collider’ın xəbərinə görə Cennifer Lourens (Jennifer Lawrence), son illərdə Moonlight, Miras (Hereditary), "Xoş vaxt" (Good Time) kimi proyektlərlə diqqət çəkən özəl film prodüser şirkəti “A24”ün hələ adı bəlli olmayan yeni filminin baş rolunda yer alacaq.

Похожее изображение

“A24”ün prodüserliyini üstlənəcəyi bu filmlə bağlı əlimizdəki məlumatlar olduqca azdır. Bugünə qədər Broadway proyektlərində vəzifə alan və ilk uzunmetrajına imza atmağa hazırlanan Lila Neugebauer, filmin rejissor kürsüsündə oturacaq. Elizabeth Sanders da Cennifer Lourensin (Jennifer Lawrence) iştirak etdiyi bu film sayəsində ilk dəfə bir filmin ssenaristliyini üstlənəcək.

Похожее изображение

Filmin çəkilişlərinin iyun ayında New Orleans’ta başlaması gözlənilir. Maraqla gözlədiyimiz bu filmin nə vaxt premyerasının olacağı isə hələ məlum deyil. Cennifer Lourensi (Jennifer Lawrence) yeni bir filmdə görəcək olmanın həyacanını yaşarkən, aktrisanı 7 iyunda “X-Adamlar” seriyasının yeni filmi “X-Adamlar: Qaranlıq Feniks”də (Dark Phoenix) izləyə biləcəyimizi də sözlərimizə əlavə edək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər