Lük Bessonun Yeni Filmi "Anna"dan İlk Treyler Yayımlandı!

18 Aprel, 2019

Helen Mirren, Lük Evans (Luke Evans) və Killian Mörfinin (Cillian Murphy) aktyor heyətində yer aldığı Lük Besson (Luc Besson) imzalı kəskin janrlı filmi Anna’dan ilk treyler yayımlandı.

"Beşinci Element" (The Fifth Element) və "Leon" (Léon) kimi filmləri film dünyasına qazandıran Lük Besson (Luc Besson), bu iki filmin gətirdiyi uğuru yaxşı dəyərləndirə bilməmişdi və ümidləri puça çıxaran filmlərə imza atmışdı. Şeytanın ayağını 2014-ci il istehsalı Lucy ilə bir az da olsa qırmağı bacaran rejissor, ən son yüksək büdcəylə çəkilməsinə rəğmən kassada xəyal qırıqlığı yaradan, tənqidçilərin və tamaşaçıların mənfi rəylərini alan Valérian and the City of a Thousand Planets filmi ilə izləyicilərin qarşısına çıxmışdı.

Похожее изображение

Son zamanlar karyerasında uğursuzluq müşahidə olunan Lük Besson (Luc Besson), öz orijinal fikrindən yola çıxaraq, yazıb, rejissorluğunu etdiyi Anna filmi ilə bu ilə damğa vurmağa hazırlaşır. İngilis dilində çəkilən film, eyni zamanda aktyor heyətində yer alan önemli adlarla da diqqəti üzərinə toplamağı bacarır.

Helen Mirren, Lük Evans (Luke Evans) və Killian Mörfinin aktyor heyətində olduğu filmin baş rolunda isə rejissorla Valérian and the City of a Thousand Planets’də birlikdə işləmiş, Sasha Luss yer alır. Filmdəki hadisələr Anna adlı bir sui-qəsdçinin ətrafında baş verir.



Digər yandan filmin yayımlanantreyleri, içərisindəki döyüş səhnələri ilə diqqət çəkir. Belə olduğu halda, bizə kəskin janrlı bir film izlələcəyimizin siqnallarını verir. Lük Besson (Luc Besson), Anna filmi sayəsində karyerasının ilk vaxtlarında çəktiyi filmlərin keyfiyyətindəki bir işə imza atacaqmı ya yox, birlikde görəcəyik

Картинки по запросу luc besson anna

Filmin 21 iyunda premyerası gözlənilir. Əslində filmin keçən il premyerası planlanmışdı, ancaq Lük Besson (Luc Besson) haqqında çıxan təcavüz məsələsindən sonra, filmin premyera tarixi dəyişdirildi.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər