Kristen Stüartlı “Çarlinin Mələkləri” Filmindən İlk Kadrlar Üzə Çıxdı!

16 Aprel, 2019


Aktyor kimliyi ilə tanıdığımız Elizabet Benksin (Elizabeth Banks) rejissor kürsüsünə oturduğu, Kristen Stüart (Kristen Stewart), Ella BalinskaNaomi Skottun (Naomi Scott) mələkləri canlandırdığı “Çarlinin Mələkləri”dən (Charlie’s Angels) ilk kadrlar yayımlandı.
1970-ci illərin eyni adlı televiziya serialından filmə adaptasiya olunan, Kemeron Diaz (Cameron Diaz), Drü Berrimor (Drew Barrymore) və Lüsi Lyunun iştirak etdiyi (Lucy Liu) “Çarlinin Mələkləri” (Charlie’s Angels) seriyası, iki filmlə macərasını nöqtələmişdi. Bu silsilərin ardından, illər sonra prodüser şirkəti Sony, silsiləni yeni aktyorlarla davam etdirməyə qərar verdi. Uzun çəkən axtarış işlərindən sonra Kristen Stüart (Kristen Stewart), Ella BalinskaNaomi Skottun (Naomi Scott) yeni mələkləri canlandıracağı açıqlandı.

Elizabeth Banks, Kristen Stewart, Ella Balinska, Naomi Scott, Charlie's Angels First Look Photos, screengrab from Entertainment Weekly

Kristen Stüart (Kristen Stewart), olacaqları əvvəlcədən hiss etmək baxımından peşəkar olan Sabina Wilson’u canlandırarkən; Ella Balinska, keçmiş MI6 işçisi Jane Kano’ya həyat verəcək. Son olaraq Naomi Skott (Naomi Scott) da qrupun beyni olan, MIT’də təhsil almış elm adamı Elena Houghlin olaraq filmdə rol alacaq.


Elizabeth Banks, Kristen Stewart, Ella Balinska, Naomi Scott, Charlie's Angels First Look Photos, screengrab from Entertainment Weekly

“Çarlinin Mələkləri” (Charlie’s Angels) filminin bu ilin 22 noyabrında premyerası gözlənilir.

Macəradan macəraya qaçan yeni mələklərimizə Noah Centineo, Sem Klaflin (Sam Claflin), Conatan Taker (Jonathan Tucker), Cimon Honsu (Djimon Hounsou) və peşəkar aktyor Patrik Stüart (Patrick Stewart) tərəf-müqabili olacaq. Filmin rejissor kürsüsündə isə aktyor kimliyi ilə tanıdığımız Elizabet Benksin (Elizabeth Banks) oturur.


Elizabeth Banks, Kristen Stewart, Ella Balinska, Naomi Scott, Charlie's Angels First Look Photos

Maraqla gözlədiyimiz "Çarlinin Mələklərində" (Charlie’s Angels), mələklərin bağlı qaldığı servisin dünya üzrə fərqli şöbələri olacaq. Ancaq film kassada uğur əldə edib, yaxşı rəylər alsa, davam filmlərində bu fərqli şöbələri görmə şansına sahib olacağıq.
Digər yandan filmin bəzi səhnələrinin İstanbulda keçəcəyini qeyd edək. Hətta yayımlanan kadrlardan birində arxa planda İstanbulu görmək mümkün olur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər