"Blossoms" Filminin Çəkilişlərinə Başlanılacaq!

16 May, 2020

Wong Kar-wai, In the Mood for Love2046 ilə tematik bağı olacağını dediyi yeni filmi Blossoms’un çəkilişlərinə iyul ayında başlayacaq. Son olaraq 2013-cü il istehsalı The Grandmaster’a imza atan peşəkar rejissor Wong Kar-wai, illər sonra yeni bir filmlə filmsevərlərin qarşısına çıxmağa hazırlaşır.

Chungking Express, In the Mood for Love2046 kimi unudulmaz filmləri film dünyasına qazandıran, Hong Kong İkinci Yeni Dalğasının ən önəmli adlarından Wong Kar-wai’nin yeni filmi Blossoms‘ın çəkilişlərinə bu ilin başında başlaması planlanlaşdırılırdı. Ancaq dünyanın dörd bir yanında istehsalın durmasına səbəb olan koronavirus epidemiyası Kar-wai’nin yeni filminin də ertələnməsinə səbəb oldu. Çində epidemiyanın artıq böyük ölçüdə kontrol altına alınmasıyla birlikdə çəkiliş meydanına qayıtmağa başlanıldı və Blossoms’ın çəkilişləri üçün də yeni bir tarix müəyyən edildi.

Editorial use only. No book cover

Variety’nin xəbərinə görə Wong Kar-wai’nin həyəcanla gözlənilən yeni filminin çəkilişlərinə iyul ayında Çində başlanacaq. Filmin çəkilişləri üçün Çində olan Hengdian Studiyalarının bu aydan 2021-in martına qədər kirayələdiyi və prodakşn üçün hazırlıqlara başlandığı qeyd edilir. Wong Kar-wai, Blossoms romanından adaptasiya olunacaq serialın da prodüserliyini üstlənir.

Jin Yucheng‘in 2012-ci ildə yayımlanan eyniadlı romanından adaptasiya olunacaq Blossoms, Çin mədəniyyət çevrilişinin son dövrünə təsadüf edən 1960-cı illərdə başlayır və Şanxaydada yaşayan üç nəfərin 90-cı illərə qədər olan hekayəsini danışır. Yucheng’in romanı iki fərqli vaxt biçimində Şanxay sakinlərinin gündəlik həyatlarına işıq tutaraq, şəhərin iki fərqli üzünü gözlər önünə sərir. Digər yandan Jin Yucheng’in romanından adaptasiya olunan bir də serial hazırlanır. Film kimi bu serial da Blossoms adını daşıyır. İlk ortaya çıxdığı dövrdə serialı da Wong Kar-wai’nin yazıb rejissoru olacağı iddia edilmiş olsa da, Variety tərəfindən paylaşılan yeni bilgilər peşəkar rejissorun serialın sadəcə prodüser olaraq yer alacağını göstərir. 30 seriyadan ibarət olacaq bu web serialın The First Half of My Life ilə tanınan Shen Yan rejissoru olacaq.

 Wong Kar-wai Says Next Film 'Blossoms' Will Have Thematic ...

1990-cı illərdə keçəcək serialın mərkəzində, Şanxaydakı ekonomik partlayışın yaşandığı o illərdə eşq və zənginlik arxasında qaçan gənc biznesmenin yer alacağı deyilir. Serialın Wong Kar-wai’nin yeni filmiylə necə bağlanacağı maraq mövzusu olmağa davam edir. Ancaq serialın baş rollarında yer alacaq olan Hu GeMa Yil‘in filmdə də rol alacağının iddia edilməsi, bu iki proyektin iç-içə keçən hekayələr danışacağını düşündürür. Çəkiişlərinə aprel ayında başlanması planlaşdırılan, ancaq epidemiya səbəbilə ertələnən serialının çəkilişlərinə də çox yaxında başlanması gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər