Netflix proyekti kəskin janrlı Extraction’ın rejissoru Sam Hargrave, bir davam filmi və ya prikvel çəkilə biləcəyi açıqlandı. Marvel Film dünyasının Thor’u olaraq tanınan Kris Hemsvortun (Chris Hemsworth) baş rolunu üstləndiyi Extraction, ssenarisi ilə xəyal qırıqlığı yaratmış olsa da, kəskin səhnələri ilə uğur qazanmışdı. Xüsusilə filmdə yer alan 12 dəqiqəlik plan sekans səhnəsi tərif topladı. Kəskin janrlı səhnələrin uğuru ilə adını eşitdirməyi bacaran film Netflix’də ən çox baxılan proyektlər arasında yer almağa davam edərkən, davam filmi ya da prikvel ilə "Extraction"ın bir seriyaya çevrilməsi ehtimalını gündəmə gətirmişdi.
Bu ehtimal, ötən günlərdə Collider’a danışan Sam Hargrave və Co Russo (Joe Russo) tərəfindən ortaya atıldı. Russo Qardaşların imzasını daşıyan Marvel filmlərində dublyor və ikinci rejissor olaraq tapşırıq aldıqdan sonra Co Russonun (Joe Russo) prodüseri olduğu Extraction’ın rejissor kürsüsünə oturan Hargrave, Devid Harborun (David Harbour) həyat verdiyi Gaspar xarakteriylə Tyler Rake (Hemsworth) arasındakı əlaqəni formalaşdırarkən Extraction’ın bir seriyaya çevrilmə ehtimalını göz önünə aldıqlarını qeyd etdi. İki xarakter arasındakı əlaqəni detallı bir formada düşündüklərini deyən Hargrave, bu xarakterlərin birlikdə təlim gördüyünü və istedad olaraq bir-birləri ilə eyni olduqlarını göstərir.
Devid Harbor (David Harbour) və Kris Hemsvortun (Chris Hemsworth) xarakterlərinin birlikdə çalışdığı prikvelin çəkilməsinin mümkün olduğunu qeyd edən Hargrave, eyni zamanda hekayəyi davam etdirəcək bir davam filmi də çəkilə biləcəyini qeyd etdi. Hazırlıq müddətində Netflix gördüyü şeylərdən məmnun qaldığı üçün bunu bir seriyaya çevirmə fikrinin gündəmə gəldiyini deyən rejissor, nəticədə qərarı Netflix’in verəcəyini vurğuladı.
Hargrave’in bu açıqlamalarını dəstəkləyən Co Russo (Joe Russo) da Kris Hemsvort (Chris Hemsworth) və Devid Harbor (David Harbour) arasında möhtəşəm bir uyğunluq olduğunu və onların xarakterlərinə hədəflənəcək bir prikvel filminin qeyri-adi fikir olduğunu qeyd etdi.