Co Russo

Co Russo

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA
Co Russo 8 iyul 1971-ci ildə ABŞ-ın Klivlend şəhərində anadan olub. Benedikt orta məktəbində oxuyub, daha sonra Keys Vestern universitetinin məzunu olub. Filmlərini başlıca olaraq qardaşı Entoni Russo ilə birlikdə çəkdiyinə görə adətən titrlarda Russo qardaşları kimi təqdim olunurlar. “Gecikmiş inkişaf” komediya serialında gördükləri işə görə “Emmi” mükafatı qazanıblar. Çəkdikləri ilk film qısametrajlı “Parçalar” adlı filmdir. Filmin çəkilişlərini öz hesablarına kredit kartları vasitəsilə maliyyələşdiriblər. Kinofestivalda həmin filmi bəyənən Stiven Soderberq onların çəkəcəyi filmə prodüserlik etməyi təklif edir. Həmin film baş rolda Corc Kluninin çəkildiyi “Kollinvuda xoş gəlmişsiniz” kriminal komediyası olur. Ardınca FX telekanalının icraçı prodüseri Kevin Raylli qardaşları “Bəxtəvər” serialının pilot epizodunu çəkməyə dəvət edir. Ron Hovar pilotun fanatı olub və onlara “Fox” telekanalında “Gecikmiş inkişaf” serialının pilot epizodunu çəkməyi təklif edir. Həmin epizod qardaşlara “Emmi” mükafatı qazandırır. 2006-cı ildə Russo qardaşları kinoya qayıdaraq, baş rolda Ouen Uilsonun çəkildiyi “Mən, o və onun dostları” komediyasını lentə alır. Film böyük kassa uğuru qazanır. Dünya üzrə kinoteatrlardan 140 milyon dollar toplayır. 2013-cü ildə qardaşlar Marvel Studios şirkətinin “Birinci qisasçı: Başqa müharibə” filminin çəkilişlərini yekunlaşdırır. Fantastik franşizanın epizodu 4 aprel 2014-cü ildə böyük ekranlara çıxır. 2018-ci ildə qardaşlar “Qisasçılar: Sonsuzluq savaşı” filmini çəkiblər.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Russo_karde%C5%9Fler

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç