Vin Dizel "Avatar"ın Davam Filmlərində Rol Alacaq!

08 Aprel, 2019


"Avatar"ın davam filmləri üçün hazırlıqlar davam edərkən, aktyor heyətində yer alacaq simalar da ortaya çıxmağa davam edir. Seriyaya daxil olan son məşhur sima Vin Dizel (Vin Diesel) oldu.

2009-cu ildə  premyerası olan və dünya miqyasında 2.8 milyard dollar kassa gəliri əldə edən, bütün vaxtların ən çox gəlir gətirən filmi olan “Avatar”ın uzun zamandır gündəmdə olan davam filmləri üçün hazırlıqlar davam edir. Çəkilişlərinə ötən ilin noyabr ayında başlanan yeni “Avatar” filmlərində yer alacaq live-action səhnələrinin çəkilişlərinə qarşımızdakı günlərdə başlanacaq. Filmin live-action səhnələri üçün hazırlıqların başlaması ilə birlikdə, aktyor heyətində yer alacaq adlar da dəqiqlik qazanmağa başladı.


Картинки по запросу Vin Diesel Seemingly Reveals He Has A Role In James Cameron's Avatar Sequels

Vin Dizelin (Vin Diesel) Instagram səhifəsində paylaşdığı yeni video, "Forsaj" (Fast & Furious) filmi ilə tanınan aktyorun “Avatar”ın davam filmlərində rol alacağını göstərdi. Ceyms Kemeron (James Cameron) ilə birlikdə “Avatar”ın çəkiliş meydançasında olduğu görülən Vin Dizelin (Vin Diesel), illərdir Ceyms Kemeron ilə işləmək istədiyini və sonunda usta rejissorla çalışacaq olmağın qürurunu yaşadığını qeyd etti.



Kemeron, “Avatar” üçün dörd davam filmi birdən hazırlayır. Eyni anda çəkilən “Avatar 2”“Avatar 3”ün sırasıyla 2020 və 2021-ci ildə premyerası olacaq. İşlər planlandığı kimi gedərsə, 4 və 5-ci hissənin çəkilişlərinə başlanacaq və bu filmlər də bir illik aradan sonra 2023 və 2024-cü ildə kinoteatrlarda olacaq. 2 və 3 film eyni anda çəkildiyi üçün Vin Dizelin (Vin Diesel) hansı filmdə rol alacağı məlum deyil.



İlk filmin baş rollarını üstlənən Sem Uorinqton (Sam Worthington), Zoi Saldana (Zoe Saldana), Siqurni Uiver (Sigourney Weaver) və Stiven Lenqin (Stephen Lang) geri dönəcəyi davam filmlərində Vin Dizellə (Vin Diesel) yanaşı, Keyt Uinslet (Kate Winslet), Cliff Cutis, Oona Chaplin, Devid Tulis (David Thewlis) və Edie Falco da rol alacaq.


Картинки по запросу Vin Diesel Seemingly Reveals He Has A Role In James Cameron's Avatar Sequels

Aktyor Vin Dizelin (Vin Diesel) “Avatar 2”  filmində yer alacağı söyləntiləri dolaşdığı zaman, istedadlı aktyorun gələcək proyektləri arasında bir süper qəhrəman olmaq üçün hazırlandığı Bloodshot"Forsaj" (Fast And Furious) 9 və 10 filmləri yer alır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər