Sem Reymi "Doctor Strange" Filminə Rejissorluq Edəcək!

18 Aprel, 2020

Sem Reymi (Sam Raimi), Doctor Strange’in davam filminin rejissoru olacağını doğruladı. Sem Reyminin (Sam Raimi) ilk filminin rejissoru olan Skott Derriksonun (Scott Derrickson) yerini alacağı Doctor Strange in the Mulverse of Madness filminin 5 noyabr 2021-ci ildə premyerası olacaq.

Yanvar ayında rejissor Skott Derriksonun (Scott Derrickson) Marvel Studiyası ilə yaşadığı fikir ayrılığı sonrası Doctor Strange in the Multiverse of Madness filminin rejissorluğunu etməyəcəyinin açıqlanmasının ardından, Tobi Maquayrın (Tobey Maguire) baş rolunda yer aldığı Spider-Man üçləməsinin rejissoru olan Sem Reyminin (Sam Raimi) bu film ilə yenidən super qəhrəman filmləri dünyasına geri qayıdacağı danışılırdı. Mövzu ilə bağlı səssizliyini pozan Sem Reymi (Sam Raimi), ComingSoon’a verdiyi reportajda filmin rejissorluğunu edəcəyini doğruladı.



"Hörümçək Adam: Yüksək Gərginlik" (Spider-Man 2) filmindəki Doctor Strange sözündən danışan Reymi, bu sözü deyərkən bir gün Doctor Strange filmin rejissoru olacağını heç düşünmədiyini deyərək çıxan bu şaiyələri doğrulamış oldu. “Uşaqkən Doctor Strange’i çok sevərdim amma mənim üçün o hər zaman Spider-ManBatman’dən sonra gəlirdi. Fikirləşirəm ki, ən yaxşı komiks qəhrəmanları arasında mənim üçün beşinci sırada yer alır. Çox orijinal bir xarakterdir amma "Hörümçək Adam: Yüksək Gərginlik"dəki (Spider-Man 2) o anı əlavə edərkən bir gün bir Doctor Strange filmi çəkəcəyimiz mövzusunda heç bir fikrim yox idi. Elə bir replikanın filmdə yer alması əyləncəli bir təsadüf oldu.” Doctor Strange in the Multiverse of Madness filminin 5 noyabr 2021-ci premyerası planlaşdırılır.

Sam Raimi Ingin Realisasikan 'Evil Dead 4' - Hai

Sözü gedən səhnədə J.K Simmons’ın canlandırdığı Jonah Jameson xarakteri və Ted Raimi’nin canlandırdığı Ted Hoffman xarakteri arasında Dr. Octopus’un adı ilə bağlı danışıq göstərilir. Hoffman Dr.Strange adını tövsiyyə edir və Jameson adı çox bəyənir ancaq adın hal-hazırda alınmış olduğunu deyir.

Doctor Strange rolunda 2016-cı ildəki ilk filmdə olduğu kimi ingilis aktyor Benedikt Kamberbetç (Benedict Cumberbatch) və Wanda Maximoff rolunda ElizabetOlseni (Elizabeth Olsen) izləyəcəyimiz davam filminin çəkilişlərinə may ayında başlaması gözlənilirdi. Ancaq koronavirus epidemiyası səbəbilə çəkilişlərin ertələnə biləcəyi təxmin edilirdi. Filmin 5 noyabr 2021 tarixində premyerası olması gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər