Nikol Kidmanlı "The Others"ın Remeyki Üçün Hazırlıqlara Başlanıldı!

13 Aprel, 2020

Nikol Kidmanın (Nicole Kidman) baş rolunda yer aldığı, Alexandro Amenabar (Alejandro Amenábar) imzalı The Others’ın remeyki üçün hazırlıqlara başlanıldı. TesisAbre los ojos filmlərinin rejissoru olduqdan sonra özünü bir anda Hollywood’da tapan Alexandro Amenabarının (Alejandro Amenábar) film dünyasına qazandırdığı 2001 istehsalı The Others, izləyiciyi dikan üstündə tutan qaranlıq hekayəsi, tanımamış atmosfer və sürpriz sonuyla ağıllara qazınmış və qorxu janrı heyranlarını məmnun edən bir film olaraq adını eşitdirmişdi.



Performansıyla “Qızıl qlobusa” namizəd olan Nikol Kidmanın (Nicole Kidman) baş rolunda yer aldığı film, İkinci Dünya müharibəsində həyat yoldaşını itirmiş Grace və onun günəşə qarşı alergiyası olan iki uşağının yaşadıqları malikanədə başına gələn qəribə və əsrarəngiz hadisələri mövzu götürür.

İllər keçməsinə rəğmən unutulmayan və özündən sonra gələn bir çox proyektə ilham qaynağı olan The Others, remeykl’rin yeni qurbanı olur. Deadline’ın xəbərinə görə Los-Anceles mərkəzli Sentient Entertainment, haqlarını satın aldığı The Others’ın remeyki üçün hazırlıqlara başladı.

Film Advent Calendar: Less is more when achieving scares in the ...

The Others’ın remeykinin rejissoru və baş rol aktyoru hələ naməlum olaraq qalır. Sentient Entertainment, yeni bir rejissor və ssenaristlə həyata keçirəcəyi The Others remeykində rol alması üçün ulduz aktyorlarla görüşməyi planlayır. Filmin hekayəsini modernize edəcək olan bu remeykin prodüserliyini Cosmopolis, Feud, Maps to the Stars kimi diqqətçəkici proyektlərin prodüseri olaraq sektorda tanınan Renee Tab üstlənəcək.

Favori qorxu filmini yeni nəsil izləyicilərin ixtiyarına vermək üçün çox həyəcanlı olduğunu deyən Renee Tab, filmin mövzusunun sosial izolyasiyanınn həyati önəm daşıdığı bu dövrdə böyük bir paralellik qurduğunu qeyd edərkən, ana xarakter Grace’in yolculuğunun qatmanlarını danışmağı dörd gözlə gözlədiyini dilə gətirdi.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər