Alexandro Amenabar

Alexandro Amenabar

Ssenarist, rejissor, bəstəkar, prodüser, aktyor, montajçı

BİOQRAFİYA

Alexandro Fernando Amenabar Kantos 31 mart 1972-ci ildə Çilinin paytaxtı Santiyaqoda ispan və çili əsilli valideynlərin ailəsində dünyaya gəlib. 1973-cü ildə Çilidə siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar ailəsi ilə birgə İspaniyaya köçüb. 1990-cı ildə Madridin Komplutense universitetinə, informasiya elmləri fakültəsinə daxil olub. Ancaq təhsilini yarımçıq qoyaraq qısametrajlı filmlər çəkməyə başlayıb. 1991-ci ildə “Baş” adlı ilk qısametrajlı filminə görə “Müstəqil qeyri-peşəkar kino xadimləri assosiasiyasının” mükafatı ilə təltif olunub. Bir il sonra başqa bir qısametrajlı filmi "Elçe və Karabançele" kino festivallarında mükafatlandırılıb. 1994-cü ildə “Ay” adlı 3-cü qısametrajlı filmi "ən yaxşı ssenari"yə görə "Luis Qarsiya Berlanqi" mükafatına layiq görülüb, daha sonra ən yaxşı musiqi nominasiyasında Müstəqil qeyri-peşəkar kino xadimləri assosiasiyası mükafatının qalibi olub. İlk tammetrajlı filmi “Dissertasiya” filmi sayılır. Xose Luis Kuerda filmin ssenarisini çox bəyəndiyindən ona prodüserlik edib. Film eyni zamanda Berlin kinofestivalında böyük marağa səbəb olub. Öz vətənində isə yeddi nominasiya üzrə “Qoya” kino mükafatı ilə təltif olunub. İkinci tammetrajlı “Gözlərini aç” adlı bədii filmi Berlin və Tokio kinofestivallarında tənqidçilərin rəğbətini qazanıb. Eyni zamanda məşhur aktyor Tom Kruzun diqqətini cəlb edib. Sonuncu filmin ssenarisinin müəllif hüquqlarını satın alaraq, həmin ssenari əsasında “Vanil səma” filminə baş rola çəkilib. Tom Kruz eyni zamanda Amenabarın üçüncü tammetrajlı filmi “Başqaları” qorxu filminə prodüserlik edib, həmin filmdə Kruzun keçmiş həyat yoldaşı Nikol Kidman baş rola çəkilib. Filmin preymerası 2001-ci ildə Venesiya kinofestivalında baş tutub. Lent həm tənqidçilər, həm də tamaşaçılar arasında böyük uğur qazanıb. İspaniyada ilin ən populyar filmi seçilib. “Başqaları” filmi yeddi “Qoya” mükafatına ( o cümlədən, ən yaxşı film, ən yaxşı rejissor işi, ən yaxşı orijinal ssenari nominasiyalarında) layiq görülüb. 2004-cü ildə real hadisələr əsasında lentə alınmış “Daxili dəniz” filmi ekranlara çıxıb. Tam iflic olmuş Ramon Sampedronun həyatından bəhs edən filmdə baş rolu Xavyer Bardem ifa edib. Bardem həmin filmə görə ən yaxşı aktyor nominasiyasında “Volpi kuboku” ilə mükafatlandırılıb. Amenabarın şəxsi həyatına gəlincə, 2004-cü ildə “kaminq-aut” edərək homoseksual olduğunu mətbuata etiraf edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BC%D0%B5%D...

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç