Bred Pittin Şirkəti Plan B, Warner Bros. ilə Razılaşdı!

11 Aprel, 2020

Bred Pittin (Brad Pitt) "Dönüklər" (The Departed), "12 İllik Köləlik" (12 Years a Slave), Moonlight kimi mükafatı filmlərə imza atan prodüser şirkəti Plan B, uzun müddətli bir ortaqlıq üçün Warner Bros. ilə razılaşdı.

Bu il Once Upon a Time… in Hollywood ilə aktyor olaraq ilk “Oskar”ını qazanan Bred Pittin (Brad Pitt), əslində daha əvvəl prodüser olaraq “Oskar” heykəlciyinin sahibi olmuşdu. Yani 2006-cı ildən bəri Hollivudda prodüser olaraq da varlıq göstərən peşəkar aktyor, 2014-cü ildə Ən Yaxşı Film “Oskarı”nı qazanan "12 İllik Köləlik"in (12 Years a Slave) prodüserlərdən biri idi.

2001-ci ildə Brad GreyCennifer Eniston (Jennifer Aniston) ilə birlikdə prodüser şirkəti Plan B’yi quran Bred Pitt (Brad Pitt), 2005-ci ildə şirkətin tək sahibi halına gəldi. Şirkətin rəhbərliyində Bred Pittlə (Brad Pitt) yanaşı Dede Qardner (Dede Gardner) və Jeremy Klenier‘ın da təşəbbüsü ilə illər içində sürətlə böyüyən Plan B, bugünə qədər "Dönüklər" (The Departed), "12 İllik Köləlik" (12 Years a Slave), The Assassination of Jesse James by the Coward Robert Ford, "Həyat Ağacı" (The Tree of Life), MoonlightIf Beale Street Could Talk kimi mükafat sezonunda adını eşitdirən bir çox uğurlu filmə imza atdı. Bred Pitt (Brad Pitt) prodüser Plan B, Warner Bros. ilə razılaşdı.

3 причины, почему Дженнифер Энистон и Брэд Питт сойдутся 28.01 ...

Bred Pitt (Brad Pitt), Dede Qardner (Dede Gardner) və Jeremy Kleiner rejissorluğunda diqqət çəkici işlərə imza atmağa davam edən Plan B, uzun müddətli bir ortaqlıq üçün Warner Bros.ilə razılaşdı. Bu razılaşmada, Plan B çatısı altında hazırlanan filmlər ilk olaraq Warner Bros.’a təqdim edilcək. Studiyanın məşğul ola bilmədiyi proyektlər isə başqa şirkətlərə təqdim edilə biləcək. Digər yandan bütün Plan B filmlərinin beynəlxalq paylaşımını da Warner Bros. həyata keçirəcək. Şirkətin bu il filmsevərlərin ixtiyarına veriləcək filmləri arasında Jon Stewart imzalı Irresistible, Miranda July’nin yeni filmi KajillionaireSundance’dən mükafatla qayıdan Minuru oynayır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər