Cennifer Eniston

Cennifer Eniston

Aktrisa, rejissor, prodüser

BİOQRAFİYA
Cennifer Eniston 11 fevral 1969-cu ildə Kaliforniya ştatının Şerman Oks şəhərində (ABŞ) yunan aktyoru Con Enistonla şotland və italyan mənşəli aktrisa Nensi Dounun ailəsində anadan olub. Bir yaşınadək Cennifer Eniston Yunanıstanda yaşayır və ailə sonradan Nyu-Yorka köçür. Doqquz yaşı olanda valideynləri boşanırlar. Cennifer Eniston anası ilə qalsa da, tez-tez Los-Ancelesə, atasının yanına getməyə başlayır. O, Rudolf Ştaynerin məktəbində dram dərnəyinə gedir. Peşə təhsilini 1987-ci ildə Nyu-Yorkun aktyor sənəti məktəbində davam etdirir. Ona ilk şöhrəti “Friends” (1994–2004) serialında oynadığı Reyçel Qrin rolu gətirib və bu rolu sayəsində o, “Emmi”, “Qızıl Qlobus” mükafatlarını qazanıb. Cennifer Eniston və Bred Pittin ciddi münasibətləri mətbuatda tez-tez müzakirə olunurdu. Onlar 29 iyul 2000-ci ildə Malibuda evlənirlər. Cütlük 7 yanvar 2005-ci ildə ayrılır və həmin il oktyabrın 2-də rəsmən boşanırlar. 2011-ci ilin mayından Eniston aktyor Castin Teru ilə görüşməyə başlayır və cütlük 2015-ci ildə evlənir. 2018-ci ildə Cennifer Castin Teru ilə boşandığını rəsmən elan edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Cennifer_Eniston

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç