K.Hemsvortlu "Extraction" Filmindən Treyler Yayımlandı!

09 Aprel, 2020

Baş rollarında Kris Hemsvort (Chris Hemsworth) və Devid Harborun (David Harbour) yer aldığı Netflix filmi Extraction’dan treyler yayımlandı. Russo qardaşların prodüseri olduğu film, 24 apreldə izləyicilərin ixtiyarına veriləcək.

Captain America: Civil War, "Qisasçılar: Sonsuzluq Savaşı" (Avengers: Infinity War) və "Qisasçılar: Final" (Avengers: Endgame) kimi superqəhrəman filmlərinə imza ataraq Marvel Film kainatının premyerasını genişlədən Russo qardaşlar, bir yandan Tom Hollandın (Tom Holland) baş rolunda yer aldığı Cherry filminin hazırlıqlarıyla məşğul olarkən, digər bir tərəfdən prodüser olaraq sektorda yer almağa davam edir.

Bir yandan FargoLegion seriallarının yaradıcısı olaraq tanınan Noah Hawley ilə birlikdə prodüserliyini üstlənəcəkləri Amazon serialı Mastermind‘ın hazırlıqlarıyla məşğul olan, diğər bir yandan BarackMichelle Obama ilə birlikdə Mohsin Hamid’in eyniadlı romanından adaptasiya olunacaq Exit West filmi üzərində çalışan Russo qardaşlardan yeni bir film daha gəlir: Extraction!



Russo qardaşların prodüseri olduğu Extraction, 24 apreldə Netflixdə yayımlanacaq. Russo qardaşların prodüserliyini üstləndiyi Extraction’ın baş rollarında Marvel film kainatında Thor’a həyat verən Kris Hemsvort (Chris Hemsworth) və Stranger Things serialı ilə adından təriflə söz etdirən Devid Harbor (David Harbour) yer alır. İkili ilə yanaşı Gülşiftə Fərahani (Golshifteh Farahani), Rudhraksh Jaiswal, Randeep Hooda, Pankaj Tripathi, Priyanshu Painyuli kimi adlar iştirak edir.


Kəskin janrdakı film, qorxusuz və qanunsuz bir pulla tutulmuş əsgər olan Tyler Rake’i hədəf nöqtəsinə alır. Həyatda itirəcək bir şeyi qalmayan Tyler Rake, elə bu ərəfədə həbsxanada yatmaqda olan beynəlxalq bir cinayət baronunun qaçırılan oğlunu qurtarmaq üçün bir tapşırığa daxil olur. Ancaq silah və narkotik qaçaqlarının qaranlıq yeraltı dünyasında, onsuzda ölümcül olan bu tapşırıq imkansıza yaxın bir hal alır və bu vəziyyətə, həm Rake’in, həm də uşağın həyatını sonsuzadək dəyişdirir.

Co Russonun (Joe Russo) ssenarisini yazdığı filmi daha əvvəl Russo qardaşlarla bir çox proyektdə işləyən Sam Hargrave rejissorluq edir. Prodüser şirkəti ilə maraq oyandıran film, 24 apreldə Netflix’də yayımlanacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər