Rayan Reynolds “Dragon’s Lair” Filmində Yer Ala Bilər!

30 Mart, 2020

Netflix, klassik video oyunu seriyası “Dragon’s Lair”dən adaptasiya olunacaq filmin baş rolunda yer alması üçün Rayan Reynoldsla (Ryan Reynolds) görüşür. "Depul 2"nin (Deadpool) əldə etdiyi uğur sayəsində karyerası yenidən yüksəlişə keçən Rayan Reynolds (Ryan Reynolds), rol aldığı yüksək büdcəli kəskin-macəra janrlı filmlərinə bir yenisini daha əlavə edir. “Dragon’s Lair” filminin baş rolunda yer alması üçün, son dövrdə Pokémon Detective Pikachu"Yerin Altı" (6 Underground) kimi filmlərlə izləyici qarşısına çıxan Rayan Reynoldsla (Ryan Reynolds) görüşür. Razılaşma əldə edilməsi halında Rayan Reynoldsun (Ryan Reynolds) filmin prodüserləri arasında da yer alacağı vurğulanır.



“Dragon’s Lair” adından da görndüyü kimi populyar video oyunu seriyasından filmə adaptasiya olunur. İlk olaraq 80-ci illərdə atari salonlarında oyunsevərlərlə görüşən Dragon’s Lair, sonrakı illərdə PlayStationSEGA kimi fərqli oyun pultlarına da gətirilmiş və oyun dünyasında klassiklər arasında yerini almışdı. Animasiya serialı və komiksləri olaraq adaptasiya olunan seriya, filmə isə ilk dəfə adaptasiya olunur. Dragon’s Lair filminin ssenarisini DanielKevin Hageman qələmə alır.



Rick DyerDon Bluth’un yaradıcısı olduğu video oyunu, şahzadə Daphne’yi qurtarmaq üçün qəddar əjdaha Singe və cadugər Mordroc ilə vuruşan cəsur bir cəngavərin hekayəsini danışır. Film adaptasiyasının ssenarisini Scary Stories to Tell in the DarkThe Croods 2 ilə tanınan DanielKevin Hageman ikilisi qələmə alır. Hələ hazırlıq müddətinin ilk mərhələlərində olan filmə kimin rejissorluq edəcəyi isə naməlumluğunu qoruyur.

Koronavirus səbəbilə prodakşnlar dayandırılmadan əvvəl bir digər Netflix istehsalı olan Red Notice’in çəkilişləri ilə məşğul olan Rayan Reynolds (Ryan Reynolds), bu filmdə də rol aldığı təqdirdə qısa müddət içində üç fərqli Netflix proyektində rol almış olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər