Koronavirus Amerika Filmlərinin Kassa Gəlirlərini Azaltdı!

17 Mart, 2020


Koronavirus epidemiyası səbəbilə film salonlarında izləyici sayıları sürətlə düşərkən, Şimali Amerikada kassa gəlirləri son 20 ildə olmadığı qədər gerilədi. Bütün dünyada qorxu yaradan Koronavirusu epidemiyası gündəlik həyatı alt-üst, bundan ən çox təsirlənən bölmələrdən biri də film dünyası oldu. İtalya, Çin, Polşa, Hindistan kimi yoluxma sayının olduqca yüksək olduğu ölkələrdə film salonları bağlanarkən, salonlarının açıq olduğu ölkələrdə də izləyici rəqəmlərində böyük azalma yaşandı.

 Фото: istockphoto.com

Koronavirusu epidemiyasının ortaya çıxmasıyla birlikdə düşməyə başlayan kassa gəlirləri, epidemiyanın təsirini daha gözü görünən bir formada hiss etdirməsiylə birlikdə rekord səviyyəyə düşdü. Şimali Amerikada bu həftəsonu ümumilikdə 55.3 milyon dollar kassa gəliri əldə edildi. Beləcə Şimali Amerikadakı rəqəmlər, 15-17 sentyabr 2000-ci ildən bu yana ilk dəfə bu qədər azdır. Kinoteatrların boş qaldığı bu həftəsonunda Şimali Amerikada 10 milyon dollardan çox gəlir əldə edə bilən yeganə film “Onward” oldu.

KJ Apa’nın xristian bir müğənnini canlandırdığı I Still Believe, 9.5 milyon dollar gəlirlə bu həftə Şimali Amerika gəlirə görə ikinci sırada yer alarkən, Vin Dizelin baş rolunu üstləndiyi böyük büdcəli komikslərin adaptasiyası Bloodshot sadəcə 9.3 milyon dollar gəlir əldə edərək ilk həftənin sonunda gözlənilən nəticəni vermədi.



A Quiet Place Part II, No Time to DieMulan kimi filmlər epidemiya səbəbi ilə ertələndiyi üçün Bloodshoot uzun müddət kassada güclü bir rəqiblə qarşılaşmayacaq. Ancaq epidemiya səbəbilə rəqəmlərin get-gedə düşdüyünü və filmin çox da bəyənilmədiyini göz önünə aldıqda Bloodshot’ın zərər etməsi qaçınılmaz görünür.

Digər yandan epidemiya, müstəqil proyektlərin kassa gəlirlərinə olduqca pis təsir göstərdi. Amerikada kinoteatr şəbəkələri hələlik salonlarını açıq tutsa da Nyu-York, San-Fransisko, Seattle kimi şəhərlərdə bir çox müstəqil film salonunun bağlanması müstəqil filmlərin izləyicinin ixtiyarına verilməsini çətinləşdirdi. Nəticə olaraq Never Rarerly Sometimes Always, First Cow, The Roads Not Taken kimi maraqla gözlənilən müstəqil proyektlər kassada gözləniləni vermədi.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər