D.Conson və E.Blantlı "Jungle Cruise" Filminin Yeni Treyleri Çıxdı!

12 Mart, 2020

Dueyn Conson (Dwayne Johnson) və Emili Blantın (Emily Blunt) baş rollarını üstləndiyi Jungle Cruise filmindən yeni treyler yayımlandı. Juame Kolyet-Serranın (Jaume Collet-Serra) rejissoru olduğu filmin, 24 iyulda premyerası olacaq.
Disneyland’də olan "Karib Dənizinin Quldurları" (Pirates of the Caribbean) və "Gələcəyin Yer Kürəsi" (Tomorrowland) kimi əyləncə turlarını filmə adaptasiya edən Disney, bu dəfə də parklardakı bir digər atraksiyon olan Jungle Cruise’i filmə gətirməyə hazırlaşır. İzləyiciləri Amazon meşələrinin dərinliklərində  əyləncəli bir macəraya çıxaracaq olan Jungle Cruise filmi, bu il filmsevərlərin ixtiyarına veriləcək.



Son illərdə Hollivudun ən önəmli ulduzlarındna biri olan Dueyn Conson (Dwayne Johnson) ilə son olaraq Mary Poppins Returns’də filmsevərlərin qarşısına çıxan Emili Blantın (Emily Blunt) baş rollarını üstləndiyi film üçün tanıtım işlərini davam etdirən Disney, filmindən yeni treyler yayımlandı. Dueyn Conson (Dwayne Johnson) və Emili Blantlı (Emily Blunt) Jungle Cruise, 24 iyulda premyerası olacaq.

Birlikdə Yaramaz Santa (Bad Santa), I Love You Phillip MorrisFokus (Focus) kimi filmlərə imza atan Glenn Ficarra ilə Con Rekuanın (John Requa) ssenarisini qələmə aldığı film, qayığı ilə Amazon meşələrinin dərinliklərinə səyahət edən cəsur bir kapitanla araşdırmasını tamamlamağa qərarlı bir kəşfin birlikdə təhlükəli bir macəraya atılmasını mövzu götürür. Filmin rejissor kürsüsündə Orphan, "Naməlum" (Unknown), The Shallows kimi filmlərlə tanınan Juame Kolyet-Serra (Jaume Collet-Serra) oturur.

Filmdən bu ana qədər yayımlanan treylerlər, Disney’in "Karib Dənizinin Quldurları" (Pirates of the Caribbean) və "Mumiya" (The Mummy) kimi kassada uğur qazanmış seriyaları andıran yeni bir film seriyası yaratma niyyətində olduğunu düşündürür. Aktyor heyətində Dueyn Conson (Dwayne Johnson) və Emili Blanta (Emily Blunt) Edqar Ramires (Édgar Ramírez), Jack Whitehall, Cessi Plemons (Jesse Plemons), Pol Camatti (Paul Giamatti) kimi adların iştirak etdiyi Jungle Cruise, 24 iyulda premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər