"The Personal History of David Copperfield"dən Treyler Yayımlandı!

17 Fevral, 2020

In the Loop, Veep The Death of Stalin kimi proyektlərlə tanınan Armando Iannucci’nin yazıb rejissoru olduğu, Dev Patel, Tilda Suinton (Tilda Swinton) və Hyu Lorinin (Hugh Laurie) baş rollarını üstləndiyi The Personal History of David Copperfield’dan yeni treyler yayımlandı.

2009-cu ildə uğur qazanan In the Loop ilə ilk “Oskar” namizədləyini qazandıqdan sonra Veep ilə televiziya dünyasında da adından təriflə söz etdirən Armando Iannucci, bu il yeni filmi The Personal History of David Copperfield ilə kinoteatrlara qonaq olacaq. Dünya premyerasını sentyabr ayında 44-cü Toronto Film Festivalinda etdikdən sonra London film festivalında iştirak edən filmin, bu il bir çox ölkədə premyerası olacaq. Siyasi satira növündə diqqət çəkici işlər ortaya qoyan Armando Iannucci’nin imzasını daşımasıyla maraq oyandıran The Personal History of David Copperfield üçün tanıtımı davam etdirən Searchlight Pictures, filmdən yeni bir treyler yayımladı.



Charles Dickens’ın klassik romanına yeni bir nəfəs gətirən filmin baş rolunu son dövrdə Lion, "Otel Bombey" (Hotel Mumbai) və The Wedding Guest kimi filmlərdə filmsevərlərin qarşısına çıxan Dev Patel üstlənir. Filmə adını verən David Copperfield’a həyat verən Dev Patellə yanaşı Tilda Suinton (Tilda Swinton) , Hyu Lori (Hugh Laurie), Peter Capaldi, Ben Uişou (Ben Whishaw), Pol Uaythaus (Paul Whitehouse), Benedikt Vonq (Benedict Wong) və Gwendoline Christie kimi adlar iştirak edir.


Armando Iannucci’nin yazıb, rejissoru olduğu film, Victoria dövrü İngiltərəsində yaşayan David Copperfield’ın gəncliyindən başlayıb davam edən həyat hekayəsini mövzu götürür. Film, Iannucci’nin sözləri ilə satıra, mərhəmət, dostluq və comərdlik haqqında bir hekayəyi böyük ekrana gətirəcək.

Bənzərsiz satira kimi nəql edilməsi ilə bugünə qədər uğur qazanan işlərə imza atan Iannucci’nin Charles Dickens’ın klassik əsərinə necə bir baxış gətirəcəyini görmək üçün maraqla gözləyirik.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər