A.Holland’ın "Charlatan" Filmindən Treyler Yayımlandı!

12 Fevral, 2020

Agnieszka Holland’nın dünya premyerasını 70-ci Berlin Film Festivalında edəcək yeni filmi Charlatan’dan ilk treyler yayımlandı. Europa Europa ilə “Oskar” namizədliyi qazanan, Polşa kinosunun ən önəmli adlarından Agnieszka Holland, keçən il Mr. Jones ilə Berlin Film Festivalına qonaq olmuşdu. Mr. Jones’dan sonra vaxt itirmədən bir sonrakı filminə keçən Holland, bu il də yeni filmi ilə Berlində olacaq. Holland’ın maraqla gözlənilən yeni filmi Charlatan, dünya premyerasını 70-ci Berlin Film Festivalında xüsusi nümayişlər bölməsində edəcək.

Картинки по запросу "Berlin: Agnieszka Holland’s ‘Charlatan’"

Marek Epstein’ın ssenarisini qələmə aldığı film, izləyiciləri 20-ci əsrin ilk yarısına aparır və təbib Jan Mikolášek‘in gerçək həyat hekayəsini danışır. İnsanları müalicə etmək üçün bitkilərdən hazırlanan dərmanlar istifadə edən və bu sahədəki bacarığının ardından gedə bilmək üçün bir çox fədakarlıqlar göstərən Mikolášek, ömrü boyu müharibələrlə və totalitar rejimlərlə mübarizə aparmaq məcburiyyətində olan biri olaraq diqqət çəkir. Holland’ın filmin Mikolášek’in bu mübarizəsi ilə yanaşı qaranlıq tərəfləri ilə verdiyi daxili mübarizəyə də hədəflənəcək.



Holland yeni filmində bu hekayəyi necə ələ aldığını bu sözlərlə açıqlayır: “Duyğusal və minimalistik bir dil tapmağa çalışdım. Səssiz, qısa diyaloqlarda gizlənən duyğular. Zamanın keçici son dərəcə subyektiv: illər bir neçə dəqiqə içində keçir və bəzən dəqiqələr sonsuz kimi hiss etdirir… Bir insan ruhunu psixoloji analizə girmədən əks etdirməyə, içdə olanları hərkətlərdə göstərməyə çalışdım.

Filmdə Jan Mikolášek’i Ivan Trojan canlandırır. Xarakterin gənclik illərindəki halına  isə Josef Trojan həyat verir. Filmdə bu iki adla yanaşı Juraj Loj, Jaroslava Pokorná, Jiří ČernýMiroslav Hanuš da iştirak edir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər