T.Hollandlı "Chaos Walking"in Premyerası 2021-də Olacaq!

11 Fevral, 2020

Baş rollarında Daisy RidleyTom Hollandın (Tom Holland) yer aldığı, yenidən çəkiliş səbəbindən premyera tarixi ertələnən  Daq Layman (Doug Liman) imzalı Chaos Walking, 22 yanvar 2021-ci ildə premyerası olacaq.

Yeni Star Wars üçləməsilə ürəkləri fəth edən Daisy Ridley və Marvel Film Kainatının Spiderman’i olaraq adını geniş kütlələrə eşitdirən Tom Hollandın (Tom Holland), A Monster Calls filminin ssenarsiti Patrick Ness‘in eyniadlı elmi-fantastik romanından filmə adaptasiya olunan Chaos Walking filmi üçün bir araya gəldi. Patrick Ness’in ssenaristləri arasında olan filmin rejissorluğunu "Bornun Müəyyən Edilməsi" (The Bourne Identity), Mister və Missis Smit (Mr. & Mrs. Smith), "Teleport" (Jumper), "Gələcəyin Həddi" (Edge of Tomorrow) filmləri ilə film dünyasında tanınan Daq Layman (Doug Liman) üstlənir.



Prodakşn işlərinə 2017-ci ildə başlanan filmin 1 mart 2019-cu ildə premyerası olması planlaşdırılırdı. Ancaq 2018-in başlarında filmin yenidən çəkilişləri səbəbindən premyera tarixinin ertələndiyi açıqlanmış, bu vəziyyətə Daisy RidleyTom Hollandın (Tom Holland) sıx iş proqramları də əlavə olununca, filmin premyera tarixi qeyr-müəyyən bir hal alıb. Daq Layman (Doug Liman) imzalı Chaos Walking filminin 22 yanvar 2021-ci ildə premyerası olacaq.

Картинки по запросу "Tom Holland-Daisy Ridley ‘Chaos Walking’ Gets 2021 Release Date"

Qısa müddət əvvəl verilən açıklamaya görə filmin premyera tarixi nəhayət məlum oldu. Daisy RidleyTom Hollandın (Tom Holland) Chaos Walking, 22 yanvar 2021-ci ildə premyerası olacaq. "Ac Oyunlar: Məzəli Zığ-Zığ Quşu" (The Hunger Games), DivergentThe Maze Runner kimi proyektlərin izindən gedən bu filmin izləyici tərəfindən diqqət çəkib çəkməyəcəyi maraq mövzusudur.

Daq Layman (Doug Liman) imzalı Chaos Walking, insanların bir-birlərinin düşüncələrini eşidə bildiyi bir dünyada yaşayan ToddViola’nın macəralarını mövzu götürür. Bu dünyadan qaçmağa və gizlənməyə çalışan ikili, geridə qoyduqları həyatları və yeni dünyaları haqqında bir çox gerçəyi öyrənəcək və sonu bilinməyən bir macəranın içərisinə girəcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər