Daq Layman

Daq Layman

Rejissor, ssenarist

BİOQRAFİYA
Daq Layman 24 iyul 1965-ci ildə Nyu-Yorkda (ABŞ) yəhudi ailəsində, yazıçı və rəssam Ellen Layman və hüquqşunas Artur L.Laymanın ailəsində dünyaya gəlib. Layman hələ orta məktəbin aşağı siniflərində oxuyarkən qısametrajlı filmlər çəkməyə başlayıb. Nyu-Yorkda Beynəlxalq Fotoqrafiya Mərkəzində təhsil alıb. Braun universitetində də oxuyub və aspiranturanı Cənubi Kaliforniya universitetində bitirib. 1994-cü ildə “Qəbul” filmini çəkərək rejissor kimi debüt edib. Bütün karyerası boyu Layman 10-dan çox film çəkib və 25-dən çox filmə prodüserlik edib. Demək olar ki, bütün filmlərinin həm də prodüseridir. Əsasən “Tənha ürəklər” serialı ilə tanınır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Doug_Liman
FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç