Ben Afflekli "The Way Back"dən Yeni Treyler Yayımlandı!

05 Fevral, 2020


The Accountant filmində birlikdə işləyən Ben Afflek (Ben Affleck) və Gavin O’Connor’ın yenidən bir araya gəldiyi, içki düşkünlüyü ilə mübarizə aparan bir basketbol trenerin hekayəsini danışan "Evə Qayıdış"dan (The Way Back) yeni treyler yayımlandı.

Pride and GloryWarrior kimi filmlərlə tanınan Gavin O’Connor, rejissorluğunu üstləndiyi 2016-cı il istehsalı The Accountant filmində Ben Affleklə (Ben Affleck) birlikdə çalışmışdı. Kassada uğur əldə edən bu filmin BluRay, DVD və rəqəmsal kopya satışlarında önəmli uğurlar əldə etməsi, ikilinin başqa bir proyektdə eyni çatı altında birləşməsinə səbəb oldu.

Картинки по запросу "The Way Back Trailer: Ben Affleck""

The Accountant filmində birlikdə çalışan Ben Afflek (Ben Affleck) və Gavin O’Connor, içki düşkünlüyü ilə mübarizə aparan bir basketbol trenerin hekayəsini mövzu götürən "Evə Qayıdışdan" (The Way Back) filmində yenidən bir araya gəldi. Ben Affleklə (Ben Affleck) birlikdə filmin aktyor heyətində Al Madrigal, Michaela Watkins, Janina Gavankar, Glynn Turman, Hayes MacArthur, Lukas GageRachael Carpani kimi adlar yer alır. Gavin O’Connor imzalı "Evə Qayıdış"dan (The Way Back) yeni treyler yayımlandı.



Filmdə Ben Afflek (Ben Affleck), məktəbdə oxuyarkən uğurlu bir basketbolçu olan, ancaq yeniyetməlik illərində faciəvi bir itki yaşayan və içki düşkünlüyü səbəbi ilə həyatı alt-üst olan Cek Kanniqamı canlandırır. Məzun olduğu məktəbin basketbol trenerinin ölməsinin ardından komandanın başına keçən Cek, bu gözləmədiyi iş sayəsində həyatını yoluna qoymaq üçün əlindən gələni edir.

Filmin ssenarisini Gavin O’Connor və "Cəhənnəmdən gələn" (Out of the Furnace) filminin ssenaristi Bred İnqelsbi (Brad Ingelsby) qələmə alır. Daha əvvəl bir çox nümunəsini gördüyümüz bir mövzuya sahib olan "Evə Qayıdış"ın (The Way Back) film dünyasında bir fərq yaradıb yaratmayacağı maraq mövzusudur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər