"Səssiz Yer: İkinci Hissə"dən Yeni Tanıtım Treyleri Yayımlandı!

04 Fevral, 2020

"Səsziz yer 2" (A Quiet Place: Part II’)dan yeni tanıtım treyleri yayımlandı. Con Krasinskinin (John Krasinski) yazıb rejissoru olduğu,  Emili Blantın (Emily Blunt) baş rolunda yer aldığı filmin, 20 martda premyerası olacaq.

Aktyor kimliyi ilə tanıdığımız Con Krasinskinin (John Krasinski) rejissorluğunu üstləndiyi və baş rolunu Emili Blantla (Emily Blunt) paylaşdığı qorxu janrındakı "Səssiz yer"(A Quiet Place), qısa vaxtına rəğmən diqqətçəkici atmosferi ilə yaddaşlara həkk olunmuş və izləyiciyə qorxu dolu dəqiqələr yaşatmağı bacarmışdı.  “Səsini eşidərlərsə, səni ovlayarlar.” mottosundan yola çıxaraq dörd nəfərlik bir ailənin səslə ovunu tapan qeyri-adi varlıqlara qarşı apardığı mübarizəni mövzu götürən film, kassada yüksək bir gəlir əldə etdi. Buna görə də bu vəziyyət filmin çəkilməsinə səbəb oldu.



İlk filmdə gördüyümüz varlıqların haradan gəldiyi və dünyanın necə bu vəziyyətə düşdüyü, filmlə bağlı ağlımızda yer alan suallar yaradırdı. Davam filmində bu iki vəziyyətin açıqlığa qovuşmasını gözləyirik. Bu vəziyyətdən qurtarmaq üçün xarakterlərimizin nələr edəcəyi maraq mövzusudur. "Səsziz yer 2" (A Quiet Place: Part II’) filminin, 20 martda premyerası olacaq.


"Səsziz yer 2"nin (A Quiet Place: Part II’) rejissorluğunu ilk filmdə olduğu kimi Con Krasinski (John Krasinski) üstlənir. Con Krasinskinin (John Krasinski) eyni zamanda ssenarisini qələmə aldığı davam filminin baş rolunda ilk filmdəki performansıyla tərif toplayan Emili Blant (Emily Blunt) rol alır. İlk filmdə həyatda qalmağa çalışan ailənin digər üzvlərini canlandıran Milli Simmonds (Millicent Simmonds) və Noa Cup (Noah Jupe) da davam filmində qarşımıza çıxır. Killian Mörfi (Cillian Murphy) və Cimon Honsunun (Djimon Hounsou) aktyor heyətinə daxil olduğu "Səsziz yer 2" (A Quiet Place: Part II’) filminin, 20 martda premyerası planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər