Timoti Şalame Bob Dylan Bioqrafiyasında Yer Alacaq!

09 Yanvar, 2020

Bob Dylan’ın gənclik illərinə hədəflənəcək yeni bir film üçün hazırlıqlara başlanıldı. Ceyms Menqoldun (James Mangold) rejissoru olacağı filmdə Dylan’ı Timoti Şalame (Timothée Chalamet) canlandıracaq.

3:10 to Yuma, Logan"Məhv olmuş həyat" (Girl, Interrupted) kimi çox sevilən filmlərə imza atan, keçən il isə Ford v Ferrari filmi ilə adını eşitdirən Ceyms Menqold (James Mangold), diqqət çəkici proyektlərə imza atmağa davam edir. Deadline’ın xəbərinə görə Ceyms Menqold (James Mangold), musiqi dünyasının ikonik adlarından Bob Dylan‘ın gənclik illərinə hədəflənəcək yeni bioqrafiya filminin rejissor kürsüsündə oturacaq.

Timothee Chalamet Bob Dylan James Mangold

Bob Dylan’ın həyatını mövzu götürməsi lazım olan Ceyms Menqoldun (James Mangold) rejissoru olmasıyla həyəcan yaradan film, baş rolunu üstlənəcək adla daha da həyəcan verici bir vəziyyət alır. Bundan əlavə filmdə Bob Dylan’a həyat verəcək olan ad son illərdə diqqət çəkici işlərə imza atan, Hollywood’un önəmli adlarından Timoti Şalame (Timothée Chalamet). Şalame ilə hələ rəsmi olaraq anlaşılmamış olsa da, bu nöqtədə geriyə sadəcə prosedur qaydalarının qaldığı və Şalamenin film üçün indidən gitara dərsləri almağa başladığı qeyd edilir. Bob Dylan da proyektdə aparıcı prodüser olaraq yer alacaq.

Gənc Bob Dylan’ın şöhrət pillələrini yavaş-yavaş yüksəlməsini və folklor musiqisindən rok musiqiyə keçməsinin ardından musiqi dünyasının ən önəmli adlarından biri halına gəlməsini danışacaq olan film, Fox Searchlight çatısı altında hazırlanacaq. Ford v Ferrari’də 20th Century Fox ilə çalışan Ceyms Menqoldun (James Mangold), beləcə Fox çatısı altında qalmağa davam edəcək.



Bob Dylan’ın da proyektə daxil olduğu və filmin inkişaf mərhələsində Ceyms Menqold (James Mangold) və Fox Searchlight ilə birlikdə çalışdığı vurğulanır. Dylan’ın aparıcı prodüser olaraq tapşırıq alacağı filmdə peşəkar musiqiçilərin mahnıları istifadə oluna biləcək.

Hələ adı müəyyən edilməmiş olsa da hələlik Going Electric olaraq anılan filmin çəkilişlərinə nə vaxt başlanılacağı hələlik naməlumluğunu qoruyur. Ancaq Şalamenin 23 maya qədər Londonda səhnəyə qoyulacaq 4.000 Miles tamaşası ilə məşğul olacağı, çəkilişlərə də bu tarixdən sonra başlanacağı vurğulanır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər