Ceyms Menqold
Rejissor, ssenarist
Ceyms Mengold 1963-cü ildə Nyu-Yorkda (ABŞ) yəhudi ailəsində doğulub. Onun valideynləri – Robert və Silvia Menqoldlar məşhur rəssam olub. Ceyms Menqold Kolumbiya Universitetinin Kinematoqrafiya fakültəsinə daxil olur. 1995-ci ildə o, rejissor kimi debüt edir və “Şişman adam” filmini çəkir. Filmin ssenaristi də Ceyms Menqold özü idi. Film Beynəlxalq festivalda Qran-Pri qazanır, Menqold isə filmin ssenarisinə görə mükafat alır. Sandens festivalında isə film “jürinin xüsusi mükafatı”na layiq görülür. 1997-ci ildə çəkdiyi və Robert De Niro, Silvestr Stallone, Harvi Keytel kimi ulduzların yer aldığı “Polis” filmi gözlənilən ümidi doğrultmur. 1999-cu ildə Menqold “Yarımçıq həyat” filmini çəkir. Filmdə Vaynon Rayder və Ancelina Coli çəkilir. Coli bu filmdə "Ən yaxşı ikinci plan qadın" roluna görə səkkiz mükafatdan dördünü qazanır. Bu mükafatların sırasına "Oskar" və "Qızıl Qlobus"da daxildir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/James_Mangold