"Fandango"ya Görə 2020-nin Ən Çox Gözlənilən 10 Filmi!

30 Dekabr, 2019

Fandango məlumatlarına görə 2020-ci ilin ən çox gözənilən 10 filminin sıralandığı yeni bir siyahı yayımlandı. Siyahıdakı ilk dörd filmin qadın rejissorların imzasını daşıması diqqət çəkdi.

Artıq ilin son günlərinə girdiyimiz bu dövrdə son günlərə “2019"un ən yaxşıları” və “2010-ların ən yaxşıları” siyahıları damğa vurarkən, 2020-ci ilin ən çox gözlənilən filmlərini ortalığa çıxaran siyahılar da ortaya çıxmağa başladı. IMDb’nin ötən günlərdə ən çox gözlənilən 10 filmi açıqlamasının ardından bu dəfə də Fandango oxşar bir siyahı yayımladı. Amerikada filmsevərlərin film bileti almaq üçün ən sıx istifadə etdiyi platformalardan biri olan Fandango tərəfindən paylaşılan “2020’-ci ilin Ən Çox Gözlənilən 10 Filmi” siyahısı, gələn il kassa uğurunda damğa vura biləcək proyektləri göz önünə sərdi.



“Ən çox gözlənilən filmlər” siyahılarındakı proyektlər, hər il olduğu kimi bu il də premyera tarixi aylar öncədən açıqlanan və tanıtım işlərinə indidən başlanan böyük büdcəli, studiya filmlərindən ibarətdir.

Fandango, 2000 filmsevərlərlə gerçəkləşdirdiyi araştırmadan əldə etdiyi nəticələrə görə 2020-ci ilin ən çox gözlənilən filmi oldu, 2017-ci il istehsalı Wonder Woman’ın davam filmi olan Wonder Woman 1984. Onu iki Marvel filmi izləyir: Black WidowEternals.



Fandango tərəfindənn paylaşılan bu siyahının ilk dörd sırasındakı filmlərin qadın rejissorların imzasını daşıması diqqət çəkir. Wonder Woman 1984’ün rejissor kürsüsündə ilk filmin də rejissoru olan Petti Cenkins (Patty Jenkins) oturarkən, Black Widow’u Cate Shortland, Eternals’ı Chloé Zhao, Mulan’da isə Niki Caro iştirak edir.

Kristofer Nolanın (Christopher Nolan) həyəcanla gözlənilən yeni filmi Tenet ilə Dennis Villenueve imzalı Dune adaptasiyasının siyahıda yer almaması diqqət çəkərkən, Tony mükafatlı müzikldan adaptasiya olunan In the Heights siyahıya girərək gələn il adından söz etdirə biləcəyini göstərir.



Fandango nətcələrinə görə hazırlanan “2020-ci ilin Ən Çox Gözlənilən 10 Filmi” siyahının tamamı aşağıdakılardır: Wonder Woman 1984, Black Widow, Eternals, Mulan, No Time to Die, A Quiet Place Part II, Birds of Prey, In the Heights, Soul, Fast & Furious 9.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər