"Yeni Mutantlar" Marvel'dən Təsdiq Aldığını Açıqladı!

28 Dekabr, 2019

Komiks dünyasının önəmli adlarından Bill Sienkiewicz, daha əvvəl dəfələrlə ertələnən The New Mutants filminin nəhayət Marvel’dən təsdiq aldığını və yayımlanmağa hazır olduğunu açıqladı.

X-Men komikslərinin film haqlarını əlində saxlayan 20th Century Fox, keçən il bu kainatda keçən iki filmin premyerasını planlayırdı:  X-Men seriyasını davam etdirən Dark Phoenix və spin-off filmi The New Mutants. Dark Phoenix gecikməli də olsa premyerası oldu, ancaq The New Mutants üçün işlər olduqca qarışıq bir hal aldı. 20th Century Fox’un edilməsini istədiyi dəyişikliklər səbəbilə premyerası olmasına qısa müddət qalmış ertələnən film, Disney’in 20th Century Fox’u satın almasının ardından özünü film porftolyosuna uymadığı bir şirkətin içində tapdı.

Картинки по запросу The New Mutants Film Has Marvel's Blessing, Says Sienkiewicz

Disney’in New Mutants filmi ilə necə bir yol izləyəcəyi maraq mövzusu olarkən, studiyanın filmin premyerasını etmədən birbaşa Hulu vasitəsilə yayımlamağı planladığı danışılmağa başladı. Hətta studiyanın filmi tamamilə təxirə sala biləcəyi və heç cür yayımlanmayacağı da bu iddialar arasındaydı. Ancaq bu son məlumatlara baxılırsa Disney’in The New Mutants’ı yayımlamadan təxirə salma kimi bir niyyəti yox idi.

Komiks dünyasının önəmli adları arasında yer alan və The New Mutants komikslərinə da karikaturaçı kimi töhfə verən Bill Sienkiewicz, ötən günlərdə qatıldığı bir proqramda maraqla gözlənilən film adaptasiyası haqqında açıklamalar verdi. The New Mutants’ın 3 aprel 2020-ci ildə premyerası olması gözlənilir.

Filmin rejissor kürsüsündə oturan Coş Bunun (Josh Boone) gələn ay yayımlanacaq treyleri ona göndərdiyini qeyd edən Sienkiewicz, Coş Bunun (Josh Boone) bir müddətdir filmin üstündə çalışdığını və bu treylerə baxılarsa ortaya olduqca təsir edici bir iş çıxdığını dedi. Marvel’ın film təsdiq verdiyini deyən Sienkiewicz, filmdə hələ qorxu elementləri yer alsa da tərz olaraq Marvel filmlərinə bənzədiyini qeyd etdi.

Похожее изображение

Sienkiewicz’in bu açıqlamaları Disney’in New Mutants’dakı xarakterləri Marvel film kainatına daxil edə bilmək üçün bəzi dəyişikliklər etdiyi iddialarının ortaya çıxmasına səbəb oldu. Ancaq bu iddiaların gerçək olma ehtimalının olduqca az olduğunu demək lazımdır. Digər yandan edilən dəyişiklərin ardından filmin X-Men seriyası ilə olan bağlantısının tamamən ortadan qalxdığı deyilir ki, bu iddianın gerçək olma ehtimali olduqca yüksəkdir. Yaxın zamanda mutantları öz kainatına qatacaq Disney’in keçmiş X-Men filmlərini bir an əvvəl keçmişdə qoymaq istədiyi bilinir. Anya-Taylor Joy, Meysi Uilyams (Maisie Williams), Charlie Heaton, Henry Zaga, Blu HuntAlise Braqanın (Alice Braga) baş rollarını üstləndiyi filmin premyera tarixi son olaraq 3 aprel 2020 olaraq açıqlanmıştı.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər