Qal Qadot Qadağan Olunmuş Romana Film Çəkir!

27 Dekabr, 2019

Qal Qadot (Gal Gadot), Nyu-Yorkda tanış olan İsrailli bir qadın ilə Fələstinli bir kişinin münasibətlərinə hədəflənən və İsraildə qadağan olunması səbəbi ilə mübahisələrə mövzu olan Borderlife romanından adaptasiya olunacaq filmin prodüserliyini üstlənəcək.

DC Film kainatında Wonder Woman’a həyat verərək adını geniş kütlələrə eşitdirən İsrailli aktrisa Qal Qadot (Gal Gadot), ölkəsində mübahisələr mövzu olan Borderlife romanının film adaptasiyasında prodüser olaraq yer alacaq.

Картинки по запросу Gal Gadot, Keshet Partner on Film Adaptation of Novel Banned in Israeli Schools

İsrailli yazıçı Dorit Rabinian‘ın qələmə aldığı roman, Nyu-Yorkda tanış olduğu və bir-birlərinə aşıq olan İsrailli bir qadın ilə Fələstinli bir kişinin yaşadıqları münasibəti mövzu götürür. 2014-cü ildə yayımlanan roman İsraildə bir çox adam tərəfindən etirazla qarşılanmış və romanın məktəblərin oxuma siyahısında yer alması qadağan olunmuşdu. Bu qadağa qərarı etirazları özü ilə gətirərkən, romanı da İsrailin son illərdəki ən mübahisəli ədəbi əsərlərindən birinə çevirmişdi. Qal Qadot (Gal Gadot)və Keshet International, Borderlife filmi üçün bir araya gəlir.

İsrailin öndə gələn prodüser şirkətlərindən Keshet’ın ABŞ mərkəzli beynəlxalq qolu olan Keshet International’ın prodüserliyini üstləndiyi filmin prodüserləri arasında Qal Qadotun (Gal Gadot) həyat yoldaşı olan Jaron Varsano da yer alacaq.

Картинки по запросу Gal Gadot, Keshet Partner on Film Adaptation of Novel Banned in Israeli Schools

Qal Qadotun (Gal Gadot) filmdə rol alıb almayacağı hələlik bilinmir. Ancaq təqvim uyğun gəldiyi müddətdə uğurlu aktrisanın filmdə rol alacağı təxmin edilir. Film hələ hazırlıq müddətinin ilk mərhələlərində olduğu üçün ssenarist və rejissorun kim olacağı naməlumluğunu qoruyur.

Qal Qadot (Gal Gadot), gələn il Wonder Woman 1984-cü illə yanaşı Kennet Brananın (Kenneth Branagh) rejissoru olduğu Death on the Nile’da da filmsevərlərin qarşısına çıxacaq. Bundan əlavə Qal Qadotun (Gal Gadot) prodüseri olduğu ve baş rolunu üstləndiyi Hendy Lamarr serialının da gələn il ekranlara gəlməsi gözlənilir.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər