S.Bulloklu Unforgiven Adaptasiyasının Aktyor Heyəti Formalaşır.

19 Dekabr, 2019

Sandra Bullokun (Sandra Bullock) baş rolunda yer alacağı, 2009-cu il istehsalı ingilis serialı Unforgiven’dən filmə adaptasiya olunacaq eyniadlı filmin aktyor heyətinə Viola Devis (Viola Davis), Rob MorganAisling Franciosi daxil oldu. Netflix’də yayımlanacaq filmi System Crasher’a imza atan Nora Fingscheidt rejissoru olacaq.

Xatırlayacığımız kimi Happy Valley, Gentleman Jack serialının yaradıcısı Sally Wainwright’ın ssenarisini yazdığı, 2009-cu ildə İngiltərədə yayımlanan mini-serial Unforgiven‘ın Netflix tərəfindən filmə adaptasiya olunacağını, hətta ən son Bird Box filmində qarşımıza çıxan Sandra Bullokun (Sandra Bullock) Unforgiven adaptasiyasının baş rolunda yer alacağını sizlərlə paylaşmışdıq.

Netflix's Unforgiven Adds Viola Davis and More!

Təxminən altı ildir serialı filmə adaptasiya etmək üçün böyük əmək verən "Təyyarəçi" (The Aviator), "Dönüklər" (The Departed), Hugo kimi filmlərin “Oskar” mükafatlı prodüseri Qrem Kinq (Graham King), filmin prodüserliyini üstlənərkən, filmin ssenarisini də daha əvvəl filmin rejissoru olması düşünülən, ancaq daha sonra proyektə ssenarist olaraq töhfə verən Kristofer Makkuorri (Christopher McQuarrie) qələmə alır. Sandra Bulloklu (Sandra Bullock) Unforgiven adaptasiyasının rejissoru Nora Fingscheidt olacaq.

Sandra Bullokun (Sandra Bullock) baş rolunda yer alacağı filmin aktyor heyətində yer alacaq adlar məlum oldu. Deadline’ın xəbərinə görə Fences filmindəki performansıyla “Oskar” qazanan, eyni zamanda How to Get Away with Murder’la televiziya dünyasında böyük rolu olan Viola Devis (Viola Davis), Mudbound, Stranger Things, Just Mercy kimi proyektlərdə rol alan Rob MorganGame of Thrones serialında Yanna Stark’a həyat verən, Jennifer Kent’in yeni filmi The Nightingale ilə böyük uğur əldə edən Aisling Franciosi, Sandra Bulloklu (Sandra Bullock) Unforgiven adaptasiyasının aktyor heyətinə daxil oldu.



Filmi 92-ci Akademiya mükafatlarında Ən Yaxşı Beynəlxalq Film “Oskar”ı üçün Almaniyayı təmsil etməsinə rəğmən 10 filmlik qısa siyahıya girə bilməyən, 38-ci İstanbul Film Festivalının ən diqqət çəkən filmlərindən System Crasher‘a imza atan Nora Fingscheidt rejissoru olacaq. Unforgiven, şiddət cinayətindən 15 il həbsxanada yatdıqdan sonra həbsdən çıxan və tərk etmək məcburiyyətində qaldığı bacısı ilə yenidən bir araya gəlmək istəyən Ruth Slater’ın həyatını mövzu götürür.
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər