Baz Lurman "Master və Marqarita"nı Böyük Ekrana Gətirəcək!

14 Dekabr, 2019

Bu aralar Elvis Presley’nin həyatını danışacaq yeni filminin hazırlıqlarıyla məşğul olan Baz Lurman (Baz Luhrmann), rus yazıçı Mixail Bulqakovun sevilən romanı The Master and Margarita’nın haqlarını satın aldı. Baz Lurman (Baz Luhrmann) romanın film adaptasiyalarına rejissorluq etməyi planlayır.

Strictly Ballroom filmiylə film dünyasına addım atan və Moulin Rouge! ilə izləyicinin ağlını başından alan Baz Lurman (Baz Luhrmann), filmlərində istifadə olunduğu möhtəşəm musiqi seçimlərinə və klassik-modern elementləri birləştirmədəki uğuru ilə yaddaşlarda qaldı. 2013-cü ildə "Böyük Qetsbi" (The Great Gatsby) ilə filmsevərlərin qarşısına çıxan, son olaraq isə The Get Down serialında rejissor kürsüsünə oturan uğurlu rejissor, "Böyük Qetsbi"dən (The Great Gatsby) beş il sonra rock’n’roll musiqisinin əfanə adı Elvis Presley‘i mövzu götürən yeni filmiylə kinoteatra qayıtmağa hazırlaşır.

Картинки по запросу baz luhrmann directing

Elvis Presley’ni Austin Butler’ın canlandıracağı Elvis Presley filmi üçün hazırlıqlarını davam etdirən Baz Lurman (Baz Luhrmann), bir yandan da gələcək proyektləri ilə bağlı ilk addımları atmağa başladı. Deadline’ın xəbərinə görə rejissor, rus yazıçısı Mixail Bulqakovun sevilən romanı The Master and Margarita‘nın haqlarını satın aldı. Baz Lurman (Baz Luhrmann), The Master and Margarita’yı rejissorluq etməyi planlayır.

Baz Lurman (Baz Luhrmann) hələ Elvis Presley filminin ön hazırlıq mərhələsində olduğu üçün The Master and Margarita’nın rejissoru olub, olmayacağına dair bir məlumat paylaşmadı. Ancaq rejissorunun bu romanın haqlarını satın alarkən film adaptasiyasının rejissoru olmasını planlayaraq satın aldığı deyilir.

Похожее изображение

Roman eyni anda həm Sovet xalqları haqqında fantastik və dağıdıcı bir satira həm Faust və İsanın çarmıxa çəkilmə tarixini cəsarətli bir şərh, həm də zaman və məkandan kənara çıxan bir sevgi hekayəsi olaraq təsvir edilmişdir.

Stalinin repressiv hakimiyyəti dövründə yazılmış və Mixail Bulqavokun vaxtında çap oluna bilməyən roman ilk dəfə 1960-cı illərdə müəllifin ölümündən sonra nəşr edilmiş və tezliklə bütün dünyada böyük maraq görmüşdür. 40-dan çox dilə tərcümə edilmiş və dünyada 100 milyon nüsxədən çox satılan roman dünya ədəbiyyatının ən vacib əsərlərindəndir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər