Andy Muschietti’nin “The Flash Filmi”nin Premyerası Açıqlandı!

13 Dekabr, 2019

It filmlərilə məşhurlaşan Andy Muschietti’nin rejissoru olacağı The Flash filminin, 1 iyul 2022-ci ildə premyerası olacaq. Baş rolda "Ədalət Liqası"nda (Justice League) də sevilən xarakterə həyat verən Ezra Miller yer alacaq.

Batman v Superman: Dawn of Justice"Ədalət Liqası"nda (Justice League) yaratdığı xəyal qırıqlığı DC filmlərinin gələcəyini şübhəli vəziyyətə gətirmiş olsa da, son dövrdə çıxan Akvamen (Aquaman), Shazam!, Joker kimi filmlərin əldə etdiyi uğur DC tərəfdə işlərin yenidən yerinə oturmasını təmin etmiş kimi görünür. The Batman, Wonder Woman 1984, The Suicide Squad, Birds of Prey kimi maraqla gözlənilən DC adaptasiyaları üçün hazırlıqlarını davam etdirən Warner Bros və DC Films, uzun müddətdir gündəmdə olan The Flash filmini də nəhayət həyata keçirməyə hazır görünür.



İllərdir hazırlıq mərhələsində olan, bu müddətdə dəfələrlə rejissor və ssenarist dəyişdirən Flash filmi üçün yenidən dədiq addımlar atmağa başlayan Warner Bros., filmin 1 iyul 2022-ci ildə premyerası olacağını açıqladı. Öncə Rick Famuyiwa’ya əmanət edilən, sonrasında isə Con Frensis Deyli (John Francis Daley) və Conatan Qoldşteyn (Jonathan Goldstein) ikilisi tərəfindən rejissorluq ediləcəyi açıqlanan, ancaq hər iki halda da yaşanan problemlər səbəbilə gerçək olmayan Flash filmini həyata keçirəcək ad Andy Muschietti olacaq.

Mama filmiylə uğur qazandıqdan sonra Stiven Kinq (Stephen King) romanından adaptasiya olunan It filmləriylə tanınan Muschietti’nin daxil olmasıyla yeni nəfəs verilən The Flash filminin baş rolunda, ilk olaraq Batman v Superman: Dawn of Justice’də qısaca görünən, sonrasında "Ədalət liqası"nda (Justice League) sevilən xarakterə həyat verən Ezra Miller yer alacaq.

Похожее изображение

Andy Muschietti karyerasında qorxu filmləri üstünlük təşkil edən ad olsa da ötən aylarda etdiyi açıqlamalar Flash filmində qorxu ünsürlərinə rast gələ bilməyəcəyimizi göstərir. Bu filmdə özünü çəkənin hekayədəki insani duyğular və hisslər olduğunu söyləyən Muschietti, bunun əyləncəli bir film olacağını qeyd etdi.

Proyektin fərqli mərhələlərində fərqli adlar ssenari üzərində çalışdığı üçün Muschietti’nin rejissoru olacağı versiyanı kimin qələmə aldığı tam olaraq bilinmir. Ancaq son gələn məlumatlara görə Muschietti və DC Films, Christina Hodson tərəfindən yazılan ssenarini istifadə etməyi planlayır. Bumblebee filminin ssenaristi olaraq tanınan Hodson, bir digər DC adaptasiyası olan Birds of Prey’in də ssenarisini qələmə aldı.




Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər