Tarantinonun “Bir Dəfə Hollivudda” Filminin İlk Treyleri Yayımlandı!

22 Mart, 2019

Kventin Trantinonun (Quentin Tarantino) aktyor heyətində Leonardo DiKaprio (Leonardo DiCaprio), Bred Pitt (Brad Pitt), Marqo Robbi (Margot Robbie), Al Paçino (Al Pacino), Kurt Rassel (Kurt Russell), Tim Rot (Tim Roth) və Dakota Fenninq (Dakota Fanning) kimi ulduzların yer aldığı yeni filmi olan “Bir dəfə Hollivudda”dan (Once Upon a Time in Hollywood) ilk treyler yayımlandı.

2019-cu ilin ən maraqla gözlənilən filmləri arasında şüphəsiz  Kventin Tarantino (Quentin Tarantino) imzalı “Bir dəfə Hollivudda” (Once Upon a Time in Hollywood) filmi də yer alır. Bir dəfə Hollivudda” (Once Upon a Time in Hollywood), həm Tarantino filmi olması ilə, həm də ulduzlardan ibarət aktyor heyəti ilə son illərin ən iddialı proyektlərindən biridir.


Картинки по запросу once upon a time in hollywood 2019

1960-cı illərin Hollivudunda keçən filmin baş rollarında Leanordo DiKaprio (Leonardo DiCaprio) və Bred Pitt (Brad Pitt) oynayır. Filmin aktyor heyətində DiKaprio Pittlə yanaşı Marqo Robbi (Margot Robbie), Al Paçino (Al Pacino), Kurt Rassel (Kurt Russell), Tim Rot (Tim Roth), Dakota Fenninq (Dakota Fanning), Timoti Olifant (Timothy Olyphant), Maykl Medsen (Michael Madsen), Luke Perry, Ceyms Marsden (James Marsden), Lina Danem (Lena Dunham), Emil Hirş (Emile Hirsch) və Bruce Dern kimi önəmli simalar yer alıb.


Похожее изображение

Təcavüz skandalları ilə gündəmə gələn Weinstein Company ilə yollarını ayırıb, Sony ilə razılaşan Kventin Trantinonun (Quentin Tarantino) yeni filmi ilə bağlı detallar gəlməyə davam edir. Tarantinonun, Amerikanın ən təhlükəli silsilə qətllər törədən cinayətkarının (Charles Manson), 1969-cu ildə törətdiyi cinayətləri ətrafında baş verən yeni filminin premyerası, Sharon Tate’in ölüm ildönümünə təsadüf edəcək. 1969-cu ilin Los-Ancelesində keçəcək filmdə, artıq Hollivudda tanınmaqda çətinlik çəkən, Sharon Tate’in qapı konşusu Rick Dalton ilə onun uzun müddətdir birlikdə işlədiyi dublyoru Cliff Booth’un hekayəsi göstəriləcək.


Похожее изображение

Ancaq hekayənin arxa planında həm o illərin film aləmini, həm də həmin film dünyasında yer alan məşhur simaları görmə imkanı əldə edəcəyik. Bu səbəbdən filmdə Sharon Tate, Stiv MakKuin (Steve McQueen), Sam Wanamaker, Brüs Li (Bruce Lee)Roman Polanski kimi məşhur tarixi fiqurlar yer alacaq. Ayrıca Sharon Tate və 4 dostunun Charles Manson’ın təriqəti tərəfindən qətlə yetirilməsinin də filmin bir yerində qarşımıza çıxacağını söyləyə bilərik.


Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər