Ues Boll Yeni "Meymunlar Planeti"nin Rejissoru Olacaq!

09 Dekabr, 2019


21st Century Fox’tan təhvil aldığı  "Meymunlar planeti" (Planet of the Apes) seriyasını davam etdirməyə qərar verən Disney, yeni "Meymunlar planeti" (Planet of the Apes) filminin rejissoru olması üçün "Labirintdə qaçış" (Maze Runner) filmləri ilə tanınan Ues Boll (Wes Ball) ilə razılaşdı.

Daha əvvəl bir çox dəfə böyük ekrana adaptasiya olunmuş "Meymunlar planeti" (Planet of the Apes) seriyası 2011-ci il istehsalı Ceyms Franko (James Franco) və Endi Serkisli (Andy Serkis) Rise of the Planet of the Apes‘lə böyük ekrana qayıtmışdı. Müsbət rəylər alan bu filmdən sonra seriyaya, 2014-cü ildə premyerası olan Dawn of the Planet of the Apes‘le məcaralarına qaldığı yerden davam etmişdi.

Картинки по запросу New ‘Planet of the Apes’ Film Taps ‘The Maze Runner’ Director Wes Ball

İlk iki filmiylə izləyənləri razı salan "Meymunlar planeti" (Planet of the Apes) seriyasının bir sonraki filmi "Meymunlar planeti: Müharibə"nin (War for the Planet of the Apes), 2017-ci ildə premyerası olmuşdu. Cloverfield, Let Me In kimi filmlərlə tanınan, "Meymunlar planeti: İnqilab" (Dawn of the Planet of the Apes) ilə adını eşitdirən və bu aralar yeni Batman filmiylə məşğul olan Mett Rivzin (Matt Reeves) rejissorluğunu üstləndiyi "Meymunlar planeti: Müharibə" (War for the Planet of the Apes), böyük gözləntilərlə premyerası olmasına rəğmən kassada seriyanın əvvəlki filmləri qədər yaxşı performans sərgilədi. Ues Bollun (Wes Ball) rejissoru olacağı yeni Planet of the Apes filminin premyera tarixi hələ naməlum olaraq qalır.

Beləliklə bu vəziyyət yeni "Meymunlar planeti" (Planet of the Apes) filmlərinin çəkilib, çəkilməyəcəyi sualını ağıllara gətirdi. Bununla yanaşı 21st Century Fox’un böyük hissəni işlərinə qatan Disney’in, "Meymunlar planeti" (Planet of the Apes) seriyasını davam etdirib, etdirməyəcəyi də maraq mövzusu olmuşdu. Ötən aprel ayında verilən açıqlamaya görə Disney, "Meymunlar planeti" (Planet of the Apes) seriyasının davam filmlərini çəkməyə davam edəcək.

Картинки по запросу New ‘Planet of the Apes’ Film Taps ‘The Maze Runner’ Director Wes Ball

Uzun müddətdir bir xəbər ala bilmədiyimiz yeni "Meymunlar planeti" (Planet of the Apes) filmi üçün axtarılan rejissor sonunda tapıldı. The Hollywood Reporter’ın xəbərinə görə "Labirintdə qaçış" (Maze Runner) seriyasına imza atan Ues Boll (Wes Ball), yeni "Meymunlar planeti" (Planet of the Apes) filminin rejissoru olacaq. Eyni zamanda Ues Boll (Wes Ball), proyektinin inkişaf etdirilməsində də faydalı olacaq.

Yeni "Meymunlar planeti" (Planet of the Apes) filminin remeykinin olacağı yoxsa öncəki filmlərin davamı formasındamı çəkiləcəyi mövzusunda əlimizdə dəqiq bir məlumat yoxdur. Ues Bollun (Wes Ball), mövzusu ilə bağlı detalların gizli tutulduğu yeni "Meymunlar planeti" (Planet of the Apes) filminə gətirəcəyi baxış bucağı maraq mövzusudur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər