Ceyms Franko

Ceyms Franko

Aktyor

BİOQRAFİYA

Ceyms Franko 19 aprel 1978-ci ildə Kaliforniyanın Palo-Alto qəsəbəsində (ABŞ) dünyaya gəlib. Anası əslən yəhudidir. Palo-Altoda Tom və David adlı iki qardaşı ilə böyüyüb. Ceyms Palo-Alto liseyindən məzun olduqdan sonra (1996) Kaliforniya Universitetində aktyor sənəti üzrə təhsil alıb. Kino və televiziya dünyasına ilk addımını “Başdanxarablar və gicbəsərlər” serialı ilə atıb (1999). Daha sonra çəkildiyi “Süd” filmi homoseksualların hüquqlarının ilk siyasi müdafiəçisi Harvi Milkin həyatından bəhs edir. Ceyms Franko filmdə canlandırdığı "gey" rolu ilə "İlin yüksələn ulduzu" mükafatına layiq görülür. Frankonun digər yaddaqalan rolu “Hörümçək Adam” filmindəki Harri Obsorn obrazı olur, ikinci dərəcəli rolu canlandırmağına baxmayaraq, Ceyms tamaşaçıların diqqətini çəkə bilir. Aktyor həmçinin “Böyük Reyd”, “Tristan və İzolda”, “Ananas ekspressi” filmlərində yaddaqalan rollar yaradıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ceyms_Franko

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç