Maykl B. Cordanlı "Just Mercy"dən Yeni Treyler Yayımlandı!

04 Dekabr, 2019

Baş rollarında Maykl B. Cordan (Michael B. Jordan), Jamie FoxxBri Larsonun (Brie Larson) yer aldığı, Short Term 12 filmiylə tanınan Destin Daniel Cretton’ın rejissoru olduğu Just Mercy’dən yeni treyler yayımlandı. Maraqla gözlənilən filmin, 14 fevral 2020-ci ildə premyerası olacaq.

2019-cu ili bitirməmizə günlər qalmış, mükafat sezonuna damğa vurması gözlənilən filmlərdən yeni xəbərlər almağa başladıq. Prodüser şirkətlərinin filmlər üçün müəyyən etdiyi “Oskar” kampanyaları, bu dövrdə təsirini artırarkən filmlərdən yayımlanan yeni kadrlar və treylerlər də həyəcanımıza həyəcan qatır.

Картинки по запросу Michael B. Jordan Defends Jamie Foxx in New Just Mercy Trailer

Mükafat sezonunda çox danışılması gözlənilən filmlər arasında film dünyasında Short Term 12 filmiylə diqqət çəkən Destin Daniel Cretton‘un yeni filmi Just Mercy də yer alır. Filmin baş rollarında Maykl B. Cordan (Michael B. Jordan), Ceymi Fox (Jamie Foxx) və rejissorun Short Term 12 filmində birlikdə çalışdığı Bri Larson (Brie Larson) yer alır. Aktyor heyətində bu üçlü ilə yanaşı O’Shea Jackson Jr., Tim Bleyk Nelson (Tim Blake Nelson), Rob MorganReyf Spoll (Rafe Spall) kimi adlar iştirak edir. Maraqla gözlənilən Just Mercy-nin, 14 fevral 2020-ci ildə premyerası olacaq.



Just Mercy, kar məqsədi güdməyən Equal Justice Initiative (Eşit Adalet Girişimi) orqanizasiyasının qurucusu Bryan Stevenson’ın Just Mercy: A Story of Race and Redemption adlı kitabından filmə adaptasiya olunub. Film, qüsurlu bir hüquq sistemində ədalət üçün vuruşan bacarıqlı bir hüquqşünas olan Bryan Stevenson’ın gerçək hekayəsinə hədəflənir. Eyni zamanda cinayətin törədildiyi vaxtda, ətrafında bir çox tanışın olduğu bir barbekü partisində olmasına rəğmən heç cür günahsızlığını sübut edə bilməyən və etmədiyi bir cinayət səbəbindən qısa məhkum edilmə müddətinin ardından ölüm cəzası verilən Walter McMillian‘ın hekayəsini də dərindən araşdırır.

Filmdə Walter McMillian’ı Ceymi Fox (Jamie Foxx), Bryan Stevenson’ı isə Maykl B. Cordan (Michael B. Jordan) canlandırır. Destin Daniel Cretton, filmin ssenarisini The Glass Castle’da də birlikdə çalışdığı Andrew Lanham ilə birlikdə qələmə alır. Amerika tarixi boyunca irqçilik məsələsinə fərqli bir tərəfdən yaxınlaşmağı hədəfləyən filmin 14 fevral 2020-ci ildə premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər