Son olaraq 2016-cı il istehsalı Live by Night’ın rejissoru olan Ben Afflek (Ben Affleck), 8 milyon insanın ölümündə günahkar olduğu düşünülən II. Leopold’un Konqoyu yağmalamasını danışan King Leopold’s Ghost’un rejissoru olacaq.
Aktyor olaraq karyerasında eniş yaşadığı illərdə Gone Baby Gone və "Oğrular şəhəri" (The Town) kimi filmlərin rejissoru olaraq yenidən uğur əldə edən və rejissor olaraq böyük uğura imza atan Ben Afflek (Ben Affleck), son illərdə yeniden aktyorluğa ağırlıq verməyə başladı. Son olaraq 2016-cı il istehsalı Live by Night’ın rejissoru olan Afflek, öncəki filmləri qədər bəyənilməyən Live By Night’ın ardından rejissor kürsüsündən uzaq qalarkən; "Ədalət liqası" (Justice League), "Üçqat sərhəd" (Triple Frontier), "Evə qayıdış" (The Way Back), The Last Thing He Wanted kimi filmlər üçün kamera qarşısına keçdi. Ancaq Afflekin sadəcə aktyorluğa hədəfləndiyi bu dövr yaxın zamanda bitəcək kimi görünür.
Deadline’ın xəbərinə görə Afflek, King Leopold’s Ghost‘un rejissor kürsüsünə oturacaq. "Apokalipsis" (Apocalypto) ilə tanınan Farhad Safinia‘nın ssenarisini qələmə alacağı film, Belçika Kralı II. Leopold’un 19-cu əsrində Konqoyu yağmalamasını mövzu götürəcək. King Leopold’s Ghost, Konqoda yaşanan vəhşiliyin ortaya çıxmasını təmin edən insanların hekayəsini danışacaq.
King Leopold’s Ghost, Adam Hochschild‘ın King Leopold’s Ghost: A Story of Greed, Terror and Heroism in Colonial Africa adlı kitabından adaptasiya olunur. Avropa ölkələrinin Afrikadakı təbii sərvətləri ələ keçirmək üçün bir-biri ilə yarışdıqları 19-cu əsrdə keçən kitab, Konqonun təbii sərvətlərini yağmalayaraq dünyanın ən varlı insanına çevrilən II. Leopold’un hekayəsini danışır. Fil dişi və kauçuk ticarəti üçün Konqoyu işgal edən II. Leopold, Konqo xalqını fil dişi və kauçuk toplamağa məcbur edərkən, ona müqavimət göstərənləri vəhşicə öldürməsilə tanınır. Leopold’un ciblərini doldurması üçün Konqoda 8 milyondan çox adam öldürüldüyü təxmin edilir.
Ben Afflekin (Ben Affleck) rejissoru olacağı film, Leopold’a qarşı çıxan bir Konqolunun hekayəsini danışacaq. Bu qəhrəmanca dirəniş, amerikalı zənci bir misyoner, ingilis bir jurnalist və irlandiyalı bir casus arasında gözlənilməz bir birlik yaranmasını təmin edəcək və Konqoda yaşanan vəhşiliyin göz önünə çıxmasına kömək edəcək.
Kongo xalqına kömək etmək məqsədilə Eastern Congo Initiative’i quran Afflekin King Leopold’s Ghost üzərində illərdir işlədiyi deyilir. Afflekin rejisor kürsüsünə oturacağı bir sonraki proyektin hansı olacağı isə hələlik naməlumluğunu qoruyur. Afflekin King Leopold’s Ghost’la yanaşı II. Dünya müharibəsi filmi Ghost Army və Witness for the Prosecution üzərində də çalışdığı bilinir.