Todd Filips, Jokerin Davam Filmi Yönündəki Xəbərləri Təkzib Etdi!

23 Noyabr, 2019


Keçən ay premyerası olan və filmsevərlər tərəfindən maraqla qarşılanan Joker, həm kassada əldə etdiyi uğur, həm də mükafat sezonunda varlıq göstərməsiylə adından söz etdirməyə davam edərkən, bir davam filminin çəkilip çəkilməcəyi də son günlərdə film dünyasını məşğul edən mövzular arasında yer aldı. The Hollywood Reporter iki gün əvvəl yayımlandığı geniş xəbərdə Jokeri yazıb, rejissoru olan Todd Fillipsin (Todd Phillips) 7 oktyabrda Warner Bros. rəhbəri Tobi Emmerixlə (Toby Emmerich) görüşdüyünü və bu görüşdə Jokerin davam filmi üçün razılaşma əldə edildiyini açıqladı.

Картинки по запросу Todd Phillips Clears Up Those Latest ‘Joker’ Sequel Rumors: ‘There’s No Contract’

Bununla yanaşı The Hollywood Reporter’a görə Todd Fillipsin (Todd Phillips) DC filmləri ilə bağlı planları bununla da kifayət deyildi. Yəni rejissorun Joker filminə oxşar orijinal hekayələri çəkmək üçün bir çox DC xarakterinin özünə əmanət edilməsini istədiyini və Warner Bros.’un da bir DC xarakterini daha Todd Fillipsə (Todd Phillips) əmanət etməyi qəbul etdiyi iddia edilirdi. IndieWire’a danışan Todd Filips (Todd Phillips), The Hollywood Reporter’da yer alan iddiaların doğru olmadığını açıqladı. Joker’ın davam filmi haqqında ehtimallar üzərindən danışsalar da rəsmi hər hansı bir razılaşmanın olmadığını deyən Todd Fillips (Todd Phillips), iddia edildiği kimi 7 oktyabrda Tobi Emmerixlə (Toby Emmerich) görüşmədiyini, fərqli DC xarakterlərinə film çəkmək istədiyi yönündəki iddiaların isə tamamən yalan olduğunu dedi.

Картинки по запросу Todd Phillips Clears Up Those Latest ‘Joker’ Sequel Rumors: ‘There’s No Contract’

Todd Fillipsin (Todd Phillips) bu açıqlamaları Jokerin davam filminin çəkilməyəcəyi mənasına gəlmir. Ancaq The Hollywood Reporter’ın vurğuladığı kimi rəsmi bir razılaşmanın olmadığını göstərir. Bundan əlavə Todd Fillips (Todd Phillips) başka DC xarakterləri üçün oxşar filmlər çəkəcəyi iddiası da tamamən əsilsizdir. Hər nə qədər Todd Fillipsin (Todd Phillips) Lex Luthor və ya Penguin kimi bir xarakterin orijinal hekayəsinə necə bir münasibət gətirəcəyini görmək istəsək də, Todd Fillipsin (Todd Phillips) bu mövzuya yaxınlaşmasının sevindirici olduğunu deyə bilərik. Yəni bir film uğurlu olduqdan sonra eyni şeyi təkrar-təkrar edərək bu uğuru təkrarlamağa çalışmaq əsasən xəyal qırıqlığı ilə nəticələnir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər