İdris Elba və Jay-Z, "The Harder They Fall" Üçün Bir Araya Gəlir!

21 Noyabr, 2019


Ən son Fast & Furious Presents: Hobbs & Shaw filmində izlədiyimiz İdris Elba (Idris Elba), Jay-Z’nin prodüserliyini üstlənəcəyi, western janrındakı Netflix filmi The Harder They Fall’un aktyor heyətinə daxil oldu.

“Qızıl qlobus” qazandığı Luther serialındakı performansıyla çox danışılan, sonrasında Star Trek: Beyond, "Sakit okean səddi: Qiyam" (Pacific Rim), Thor, "Nəsilsiz heyvanlar" (Beasts of No Nation) kimi filmlərdə rol alan İdris Elba (Idris Elba), 2018-ci ildə Yardie adındakı filmi ilə ilk uzunmetrajlı filminə imza atmışdı. Davamlı olaraq yeni proyektlərdə qarşımıza çıxan Elba, bu il Netflix’də yayımlanan komediya janrındakı Turn Up Charlie serialında rol almışdı.

Картинки по запросу Idris Elba  Jay-Z produced

İdris Elbanın (Idris Elba) yaradıcısı olduğu, eyni zamanda baş rolunda yer aldığı bu serialdan sonra İdris Elba (Idris Elba) və Netflix iş birliyinin Victor Hugo’nun klassik əsəri Hunchback of Notre Dame ilə davam edəcəyini öyrənmişdik. May 2018-də ortaya çıxan bu proyektdən hələ yeni bir xəbər gəlməyib. Hələlik təxirə salındığını deyə biləcəyimiz bu proyektdən sonra İdris Elba (Idris Elba), yeni bir Netflix filmində rol almağa hazırlaşır. İdris Elba (Idris Elba) və Jay-Z’dən yeni bir Netflix filmi gəlir: The Harder They Fall.

Collider’ın xəbərinə görə ən son Fast & Furious Presents: Hobbs & Shaw filmində izlədiyimiz İdris Elba (Idris Elba), Jay-Z‘nin prodüserliyini üstlənəcəyi Netflix filmi The Harder They Fall‘un aktyor heyətinə daxil oldu. Filmdə İdris Elba (Idris Elba), ailəsini öldürdüyü Nat Love tərəfindən intiqam almaq üçün təqib edilən keçmiş məhkumu canlandıracaq.

Картинки по запросу Idris Elba  Jay-Z produced

Captive State, "Ağ eləyən Rik" (White Boy Rick), "Düşmənlər" (Hostiles) filmləriylə film dünyasının yüksələn ulduzları arasında yer alan Jonathan Majors isə filmdə Nat Love xarakterinə həyat verəcək. 2013-cü il istehsalı They Die By Dawn filmiylə film dünyasına addım atan, Jay-Z’nin Legacy klipinin rejissor kürsüsünə oturan, eyni zamanda Bullitts ləqəbiylə tanınan musiqiçi Jeymes Samuel, The Harder They Fall’un rejissorluğunu üstlənəcək. Western janrındakı filmin Netflix’də nə vaxt yayımlanacağı hələ məlum deyil.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər