Nikolas Keyc Yeni Filmində Özünü Canlandıracaq!

19 Noyabr, 2019


Nikolas Keyc (Nicolas Cage), The Unbearable Weight of Massive Talent’da özünü canlandıracaq. Film, Keycin bir yandan Kventin Tarantinonun (Quentin Tarantino) yeni filmində rol almağa çalışarkən bir yandan da bir qaçırılma hadisəsində CIA’a kömək etməsindən danışacaq.

Karyerasının ilk illərində Raising Arizona, Wild at Heart, Birdy kimi diqqət çəkici filmlərdə rol alan, hətta 1996-cı il istehsalı Leaving Las Vegas ilə Ən Yaxşı Kişi Aktyoru “Oskarı”nı qazanan Nikolas Keyc (Nicolas Cage), uzun müddət Hollivud da uğurlu aktyor olaraq varlıq göstərdi və Adaptation., "Üzsüz" (Face/Off), "Qaya"(The Rock) kimi yaddaşlara həkk olunan filmlərdə rol aldı. Ancaq son illərdə xüsusilə özünün karikaturasına çevrilən Keyc, şişirdilmiş performanslarla anılan, hər il bir-birindən pis filmlərdə izləyici qarşısına çıxan bir aktyora çevrildi. Bu dəyişikliyi təəcüblə izlədiyimiz Keyc, son illərdə filmsevərlərin ağlında yaratdığı personaya fərqli bir ölçü qazandıracaq bir proyektdə yer almağa hazırlaşır.

Картинки по запросу Nicolas Cage to Play Nicolas Cage in Meta Drama ‘Unbearable Weight of Massive Talent’

Collider’ın xəbərinə görə Nikolas Keyc (Nicolas Cage), The Unbearable Weight of Massive Talent‘da özünü canlandırması üçün Lionsgate ilə razılaşma əldə etmək üzrədir. Razılaşma əldə edildiyi halda The Unbearable Weight of Massive Talent, Cage’in 2011-ci il istehsalı yapımı Ghost Rider: Spirit of Vengeance’dən bəri rol aldığı ilk studiya filmi olacaq. The Unberable Weight of Massive Talent’in rejissoru "Bu utandırıcı an" (That Awkward Moment) ilə Tanınan Tom Gormican olacaq.

Картинки по запросу Nicolas Cage to Play Nicolas Cage in Meta Drama ‘Unbearable Weight of Massive Talent’

"Bu utandırıcı an" (That Awkward Moment) filmiylə tanınan Tom Gormican‘ın rejissoru olacağı film, bir yandan qızıyla arasını düzəltməyə çalışarkən, digər yandan da Kventin Trantinonun (Quentin Tarantino) yeni filmində rol almaq üçün əlindən gələni edən Nikolas Keycin (Nicolas Cage) hekayəsini danışacaq. Yığılan borclarını ödəyə bilmək üçün Meksikalı bir narkotik baronunun qızının doğum gününə qatılmağı qəbul edən Keyc, özünü bir dəfə daha təhlükəli bir tapşırığın ortasında tapacaq. Çünkü CIA, Meksikalı bir siyasətcinin narkotik baronu tərəfindən qaçırılan qızını qurtarmaq üçün Keycdən kömək istəyəcək. Tom Gormican’ın Kevin Etten ilə birlikdə qələmə aldığı ssenaridə Nikolas Keycin (Nicolas Cage) 1990-ci illərdəki halıyla danışdığı səhnələrin də olduğu və gənc Keycin, aktyorun son illərdə etdiyi seçimlərdən çox razı olmadığı deyilir.

Son illərdə film izləycisində yaratdığı təəsüratın fərqində olan və özünə istehza etməkdən çəkinməyən Nikolas Keycin (Nicolas Cage) Nikolas Keyc rolunda necə bir iş ortaya qoyacağını görmək üçün səbirsizliklə gözləyirəm.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər