Dueyn Consonlu "Black Adam"ın 2021-ci ildə Premyerası Olacaq!

19 Noyabr, 2019

Dueyn Consonun (Dwayne Johnson) baş rolunu üstlənəcəyi Black Adam filminin, 22 dekabr 2021-ci ildə premyerası olacaq. DC komikslərindən adaptasiya olunacaq filmin rejissor kürsüsündə Jaume Kollet-Serra (Jaume Collet-Serra) oturacaq.

Bu ilin əvvəlində premyerası olan "Şazam!" (Shazam!) kassada çox böyük bir uğur əldə edə bilməsədə, amma filmsevərlər tərəfindən bəyənilən Warner Bros.’un bugünə qədər çəkdiyi ən uğurlu DC filmlərindən biri olmağı bacardı. Buna bir də filmin kassada az da olsa bir gəlir əldə etməsi əlavə olununca davam filminin çəkilə biləcəyi danışılmağa başladı. "Şazam!"ın (Shazam!) aldığı xoşə gələn reaksiyaların ardından davam filmi üçün hazırlıqlara başlayan Warner Bros., sadəcə bununla qalmayıb, uzun müddətdir gündəmdə olan Black Adam filmi üçün dəqiq addımlar atmağa başladı.

Похожее изображение

"Şazam!" (Shazam!) komikslərinin ən vacib mənfi xarakterlərindən biri olan, zaman-zaman da bir anti-qəhrəman olaraq oxucuların qarşısına çıxan Black Adam’ın solo filminin çəkiləcəyi uzun müddətdir danışılırdı. Hətta 2014-cü ildə filmdə Black Adam’ı peşəkar aktyor Dueyn Consonun (Dwayne Johnson) canlandıracağı açıqlanmışdı. Aradan keçən müddətdə Dueyn Consonun (Dwayne Johnson) ulduzu daha da parlamış olsa da Black Adam filmi heç cür həyata keçmədi. Ancaq ilk başda da vurğuladığımız kimi "Şazam!" (Shazam!) filminin bəyənilməsi və son dövrdə çıxan Akvamen (Aquaman) və Joker kimi DC filmlərinin uğurlu olması Black Adam filminin nəhayət çəkilməsinin önünü açdı.

Похожее изображение

Warner Bros. bugün yayınladığı açıqlamayla Black Adam filminin 22 dekabr 2021-ci ildə premyeraya girəcəyini eşitdirərkən, Dueyn Consonun (Dwayne Johnson) Black Adam olaraq göstərildiyi bir afişa da yayımlandı. Filmin rejissor kürsüsündə daha əvvəl Orphan, Unknown, The Shallows kimi filmlərə imza atan, gələn il premyerası olacaq Jungle Cruise filmində də Dueyn Conson (Dwayne Johnson) ilə çalışan Jaume Kollet-Serra (Jaume Collet-Serra) oturur.

"Şazam!" (Shazam!), ya da orijinal adıyla Kapitan Marvel (Captain Marvel) ilə olduqca oxşar güclərə sahib olan Black Adam’ın hekayəsi Antik Mısır’a qədər uzanır. Qədim bir cadugər tərəfindən keçmiş tanrıların gücləri bəxş edilən xarakter, bu gücün təsiri ilə illər içində yozlaşaraq DC Comics’in mənfi xarakterlərindən Black Adam’a çevrilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər