Ben Afflekli "The Way Back"dən Treyler Yayımlandı!

15 Noyabr, 2019


The Accountant filmində birlikdə çalışan Ben Afflek (Ben Affleck) və Gavin O’Connor’ı yenidən bir araya gətirən The Way Back’dən ilk treyler yayımlandı. Pride and GloryWarrior kimi filmlərlə tanınan Gavin O’Connor‘ın rejissoru olduğu, Ben Afflekin (Ben Affleck) baş rolunu üstləndiyi The Accountant, 2016-cı ildə premyerası olduğunda kassada çox böyük bir səs gətirməmiş olsa da, sonrasında BluRay, DVD və rəqəmsal kopya satışlarında uzun müddət bir nömrədə qalaraq önəmli bir uğura imza atmışdı. The Accountant’ın bu uğurunun ardından davam filmi üçün yenidən bir araya gəlmələri gözlənilən AfflekO’Connor, davam filminə keçmədən əvvəl daha kiçik ölçülü bir proyektdə birlikdə işləməyə qərar verdilər. İkiliyi yenidən bir araya gətirən film, içki düşkünlüyü ilə mübarizə aparan edən bir basketbol trinerinin həyatını yoluna qoyma mübarizəsinə hədəflənən The Way Back oldu.

Картинки по запросу ‘The Way Back’ Trailer: Ben Affleck Struggles With Addiction in Basketball Drama

The Way Back, içki asılılığı ilə boğuşan bir basketbol trinerinin hekayəsini danışır. Gavin O’Connor’un ssenarisini Bred İnqlesbi (Brad Ingelsby) ("Cəhənnəmdən gələn" (Out of the Furnace), "Gecə qaçağı" (Run All Night) ilə birlikdə qələmə aldığı film, litseydəykən basketbol oyunçusu olan, ancaq gənclik illərində drammatik bir itki və içki asılılığı səbəbiylə həyatı yolundan çıxan Jack Cunningham’ın hekayəsini danışır. Məzun olduğu litseyin basketbol trinerinin ölməsinin ardından komandanın başına keçən Jack, bu gözlənilməz iş sayəsində həyatını yoluna qoymaq üçün ikinci bir şans əldə edəcək.



The Way Back’in aktyor heyətində Ben Affleklə (Ben Affleck) yanaşı Al Madrigal, Michaela Watkins, Janina Gavankar, Glynn Turman, Hayes MacArthur, Lukas GageRachael Carpani kimi adlar iştirak edir.

Bu il oktyabr ayında premyerası olması gözlənilən The Way Back, premyera tarixinə qısa bir müddət qalmış ertələndi. Gələn il premyerası olacaq filmin tam olaraq nə vaxt premyerasının olması hələki naməlum olaraq qalır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər